Məhkəmə qərarları › İş №e-2(049)-2277/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2277/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2277/2023 04.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, ddiaçı İddiaçı və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə Bunyat oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 25 noyabr 2022-ci il tarixdə 10.000 manat pul borc almışdır. Ondan şəxsi istehlak məqsədləri üçün aldığı borc puldan dekabr ayında cəmi 400 manat qaytarmışdır. Lakin cavabdeh bu günə qədər ona ödəməli olduğu 9600 manatı ödəməmişdir. Cavabdeh əvvəlki ödənişlərini ona maaş kartı ilə həyata keçirmiş olsa da, maaş kartının müddəti bitdikdən sonra cavabdeh ona olan qalıq borc 9600 manatı ödəməkdən açıq şəkildə imtina etmişdir. Cavabdehin borcunu təsdiq edən əsas sübut onun öz dəsti-xəti ilə yazdığı borcun etirafına dair 25 noyabr 2022ci tarixli qəbzdir. Həmin qəbzdə cavabdeh öz dəsti-xətti ilə ondan 10000 manat borc pul aldığını etiraf edib imzası ilə təsdiq edir və borcu 1 ay müddətinə yəni 25 dekabr 2022-ci il tarixində qaytaracağını bildirir. Bundan başqa cavabdehin borca dair etirafını təsdiq edən vatsap yazışmaları, səs yazısı olan disk və fotoşəkilklər mövcuddur. Mübahisənin məhkəmədən kənar həlli üçün mümkün olan dialoq imkanlarından istifadə edərək həm telefon danışığı, həm də vatsapp yazışmaları üzərindən borcun ödənilməsi tələb edilsə də, hər bir razılaşma borclunun öhdəliyi yerinə yetirməkdən imtina etdiyi üçün baş tutmamışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9600 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı elektron qaydada iddia tələbinin həcminin artırlmasına dair 15 avqust 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 9600 manat pulun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin, həmçinin 300 manat gedib-gəlməyə çəkilən yol xərcinin və 135 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçı, eləcə də elektron qaydada onun nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizənin icraata əlavə edilməsinə zərurət olmadığını bildirərək həmin ərizənin baxılmamış saxlanılmaqla özlərinə qaytarılmasını, eləcə də iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə ayrıca qərardadla iddia tələbinin həcminin artırılmasına dair ərizənin baxılmamış saxlanılmaqla geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, o, cavabdehə pulu 25 noyabr 2022-ci il tarixdə, günorta vaxtı saat 12 radələrində Bərdə ticarət mərkəzində yüzlük və iki yüzlük əskinazlarla vermişdir. Həmin vaxt onların yanında həmin ticarət mərkəzində satıcı işləyən Nazimə İsayeva, Nazimənin oğlu X1 və cavabdehlə gəlmiş Urfan adlı bir MAXE də olmuşdur. Cavabdeh pulu 01 ay ərzində, hətta ola bilər malheyvanı olduğu üçün 01 həftə ərzində qaytara biləcəyini bildirərək bu barədə öz xətti ilə qəbz də yazmışdır. Lakin indiyə qədər borcdan cəmi 400 manat qaytarmışdır. Sonuncu dəfə Urfan adlı şəxs vasitəsi ilə 300 manat göndərsə də, o həmin pulu qəbul etməmiş, borcunu bütövlükdə ödənilməsini istəmişdir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi eyni məzminda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 31 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı cavabdehlə telefon əlaqəsi saxlanılmış, sonuncu hərbi xidmətlə əlaqədar gələ bilmədiyini, növbəti məhkəmə hazırlıq iclasında iştirak edəcəyini və iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borcunun qalmadığını bildirmişdir. Lakin, həm məhkəmə hazırlıq, həm də məhkəmənin baxış iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəblərini üzürsüz sayaraq məhkəmə iclaslarında işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdırıb şahidləri dindirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinin surəti cavabdehə rəsmi qaydada göndərilsə də, buna etiraz etməmiş və iddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılan 25 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, N saylı hərbi hissədə xidmət edən cavabdeh şəxsi ehtiyacları üçün iddiaçıdan faizsiz olaraq 10.000 manat pulu 01 ay müddətinə qaytarmaq şərti ilə şahidlər İsayeva Nazimə və Onurcan Gənctürkün iştirakı ilə təhvil alır və özünə aid olan hərbi biletini, kimliyini və maaş kartının surətini Elnura təqdim edir. İşə əlavə edilmiş fötoşəkil və vatçap yazışmalarından görünür ki, iddiaçı hərbi geyimli kapitan rütbəsində və yaşı 35-40 olan şəxsə “təhvil verdim-təhvil aldım” işarəsini əks etdirərək 100 manatlıq əskinazlar olan pulları cavabdehə uzatmış və sonucu həmin əskinazların bir başını tutmuşdur. Məhkəmədə şahid X2 bildirdi ki, iddiaçını 12 ildir ki, tanıyır. 2022-ci ilin noyabr ayının sonunda, günorta vaxtı işlədiyi xalça mağazasına cavabdeh Urfan adlı şəxslə onların yanına gəlmişdir. Cavabeh hərbi formada olmuş və sonuncu onun yanında iddiaçıdan uşağının əməliyyatı ilə bağlı təcili pul lazım olduğunu və pulu 01 aya qaytaracağını bildirdi. İddiaçı cavabdehə 10.000 manat pul verdi. Sonradan oğlu Onurcandan cavabdehin dələduz olduğunu və həmin borcdan cəmi 400 manat qaytardığını eşitmişdir. Məhkəmədə şahid Onurcan Gənctürk bildirdi ki, iddiaçını tanıyır. Anası Nazimənin satıcı işlədiyi xalça dükanı iddiaçıya məxsusdur. Hadisə baş verdiyi gün günorta vaxtı o anasının yanında olmuşdur. Qış ayı olduğu üçün cavabdeh uzunqol hərbi paltarda gəlmişdi. Anasının yanında pul alış-verişi oldu. Ondan həmin alış-verişdə şahid olması istənildi və o razılaşdı. Həmin vaxt iddiaçı cavabehə 10.000 manat pul verdi. Cavabdehin yanında adını dəqiq xatırlamadığı Uluxan və ya Urfan adlı şəxs də var olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasn borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında klasik formad borc müqaviləsi bağlamasalar da, cavabdehin borcu etiraf edərək bu barədə öz xətti ilə yazmış qəbzi verməsi elə borc müqaviləsinə bərabər tutulmalıdır. Məhkəmədə iddiaçı tərəfindən cavabdehə 10000 manat pulun borc şəklində verilməsi, eləcə də həmin borcdan 400 manatın qaytarılması sübuta yetirilmişdir. İddiaçı öz öhdəliklərini yerinə yetirdiyi halıda, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə də iddiaçı qalıq borcunu tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan bir ay müddətinə qaytarmaq şərti ilə 10000 manat borc pul almış, həmin borcdan 400 manat qaytarmış, qalan borcu qaytarmaqdan yayınmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 9600 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İşdəki mədaxil qəbzindən görünürki, iddiaçı tərəfindən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 135 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 9600 (doqquz min altı yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. 135 manat dövlət rüsumu Cavabdeh aid edilsin və ondan tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar