Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2284/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-i cavabdehlər Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyul 14-cü il tarixli 460 k/k nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə iliik 27 faiz olmaqla 12 ay müddətinə 1280 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə 10 avqust 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən “Kredit Kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit Müqaviləsi” kimi oxunur. Bu müqaviləyə əsasən Kreditor Borcalana şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə illik 27 faiz olmaqla 1313 ABŞ dolları məbləğində kredit verir. Daha sonra kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2084,5 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1166,53 ABŞ dolları əsas borc, 537,39 ABŞ dolları faiz borcu və 380,58 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020ci il tarixədək uzadılır və illik 8 faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 2927,79 ABŞ dolları təşkil edir. Bundan 1166,53 ABŞ dolları əsas, 421,21 ABŞ dolları faiz, 1189,49 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 150,56 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********812 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, İddiaçı ASC Cəmi 2927,79 ABŞ dollarıbundan 1166,53 ABŞ dolları əsas, 421,21 ABŞ dolları faiz, 1189,49 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 150,56) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 69.78 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi, üzərində “Bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarlmışdır. Məhkəmə həmin bildirşin cavabdehə rəsmi qaydada çatdılrılmış hesab edir. Belə ki, “Ali Məhkəmənin bülleteni” jurnalının 2012-ci ilin 3-cü nömrəsinin 36-40-cı səhifələrində olan,”Tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz” adlı başlıq altında verilmiş materialda qeyd edilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi tərəfindən 10 may 2011-ci il tarixli qətnamə N.M.Hüseynova mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu qaydada çatdırılmış hesab olunmalıdır. Belə ki, X1 yaşadığı ünvanın ünvan 1lları ilə və xüsusən də N.M.Hüseynovun özünün məhkəməyə müraciət etdiyi ərizələrlə təsdiq olunur. Mülki işin materialları ilə təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsinin 10 may 2011-ci il tarixli qətnaməsi N.M.Hüseynova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, ev 11-ə göndərilmiş, lakin o evdə yaşamadığına görə geri qaytarılmışdır.” Göründüyü kimi, poçt göndərişinin verilməsi haqqında xəbərnamə “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılsa belə, məhkəmə bildirişi yuxarıda qeyd olunmuş Ali Məhkəmənin mövqeyində göstərildiyi kimi, cavabehə çatdırılmış hesab olunur. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında 460k/k nömrəli, 24 iyul 2014-cü il tarixli kredit kartının verilməsi və istifadə müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1280 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə 10 avqust 2015-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, kreditor borcalana şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə illik 27 faiz olmaqla 1313 ABŞ dolları məbləğində kredit verir. Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 2084.5 ABŞ dolları təşkil edir və kreditin müddəti bu saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 faiz ödənilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixə kredit müqaviləsi üzrə 1166.53 ABŞ dolları əsas, 421.21 ABŞ dolları faiz, 1189.49 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən,sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 150.56 ABŞ dolları faiz borcu, cəmi 2927.79 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan və cavabdehlərə ünvanlanmış bildirişdən və pretenziyadan görünür ki, banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə onlar rəsmi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, cavabdehlər tərəflər arasında bağlanmış müqaviləyə Əlavə adlandırılan saziş üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli, ******* nömrəli kredit müqviləsi üzrə iddiaçıya olan 1166.53 ABŞ dolları məbləğində əsas borc, 421.21 ABŞ dolları məbləğində faiz borcu, 1189.49 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 150.56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2927.79 manat məbləğində kredit borcunun olduğunu göstərmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1166.53 ABŞ dolları məbləğində əsas borc, 421.21 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 150.56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1838.3 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutulub alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, əsas borc 1166.53 ABŞ dolları təşkil etdiyi halda, bank tərəfindən 421.21 ABŞ dolları cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, məhkəmə hesab edir ki, həmin cərimə 100 ABŞ dolları qədər azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 69,78 manat məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan LPO “DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-c1 il tarixli kredit müqaviləsi üzrə 1160.53 ABŞ dolları məbləğində əsas borc, 421.21 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 150.56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1838.3 (bir min səkkiz yüz otuz səkkiz) ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutulub, iddiaçı Ləğv prosesində olan LPO»DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilsin. İddia Cavabdeh aid qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 69,78 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin və ondan alınaraq, LPO»DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(049)-2284/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2284/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver