Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2284/2025 10.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyivə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Yüzbaşılı İsmayıl Rövşənoğluna qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon məhkəməsinin 2(049)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası üçün ondan tutulmuş 4.437,06 manat məbləğində ödənilmiş pulun və 65 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlundan alınaraqona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin fevral ayında Yüzbaşılı İsmayıl Rövşən oğlu FİNCA Azerbaijan MM QBKT-dən kredit götürməsi barədə ona bildirmiş və götürülən kreditə zamin durmağını xahiş etmişdir. Zaminliyin nə dərəcədə məsuliyyətli bir öhdəçilik olduğunu cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğluna iddiaçı xatırlatmağına baxmayaraq, israrlı şəkildə, (sən qətiyyən narahat olma, sənlik bir iş yoxdur) söyləyərək, cavabdehlə birlikdə xx.xx.2021-ci il tarixdə FİNCA Azerbaijan MM QBKT-yə müraciət edərək, Yüzbaşılı İsmayıl Rövşən oğlu arasında xx.xx.2021-ci il tarixli **********1188 saylı kredit müqaviləsi bağlanaraq, borcalana 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə FİNCA Azerbaijan MM QBKT ilə Nümayəndə arasında xx.xx.2021-ci il tarixli **********1***-******* saylı zaminlik müqaviləsi bağlanaraq, zaminlik müqaviləsinin müvafiq bəndinə əsasən, öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə öz üzərimə götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlu aylıq ödənişləri etməkdə çətinliklərlə qarşılaşaraq, tələbkar təşkilat tərəfindən yazılı və şifahi şəkildə borcun ödənilməsi tələbinə dair xəbərdarlıqlar olunmuşdur. Problemin həlli ilə bağlı dəfələrlə cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğluna müraciət edərək, məsələni FİNCA Azerbaijan MM QBKT-yə yaxınlaşmaqla, müsbətə doğru həllini təklif etsək də, hər dəfə iddiaçını rahatlayaraq “gedib həll edəcəy” deməklə məsələyə məsuliyyətsizcəsinə yanaşmışdır. Qısa bir müddətdən sonra xx.xx.2022-ci il tarixdə 2(049)-403/2022 saylı mülki iş üzrə Lənkəran rayon məhkəməsinin qəbul etmiş olduğu qətnaməsini poçt vasitəsi ilə alınca, artıq cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlunun FİNCA Azerbaijan MM QBKTdən götürmüş olduğu kredit borcunun ödəmədiyinin şahidi olmuşdur. Məhkəmə qərarının icrasından ötrü cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlu ilə iddiaçı görüşərək, borcun ödənilməsi tələb etsə də, cavabdeh tərəfindən: “FİNCA bizə heç nə edə bilməz, nə çox ödəməyən borclu, cavabını vermişdi. İcra məmuru Çinar Abbaszadə icra vərəqəsinin hərəkətsiz qaldığını görərək, iddiaçının çalışdığı Aztelekom MMC-yə xx.xx.2022-ci ildə rəsmi şəkildə müraciət edərək, əmək haqqıdan hər ay 50 % tutulmaqla bağlı qərar qəbul edilmişdir. Cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlundan əmək haqqıdan tutulan aylıq tutulmalar iddiaçı tərəfindən tələb edilsə də, bu günə qədər tutulan pulu qaytarmaqdan imtina etmişdir. Hal-hazırda cavabdehlə iddiaçı arasında heç bir münasibət yoxdur. Odur ki, cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlunun FİNCA Azerbaijan MM QBKT-yə olan 8449.65 manat borc və 104.49 manat dövlət rüsumunun iddiaçıdan tutulmuş 4437.06 manat məbləğində borcunu ödəməkdən imtina etdiyi üçün məsələnin daha sivil qaydada, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd etdiyi məbləğ iddiaçının iş yeri üzrə mühasibatlıq tərəfindən əmək haqqından tutulmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin cavabdehlər Yüzbaşılı İsmayıl Rövşən oğluna, Yüzbaşıyev Rövşən Dədəcan oğluna, X2 və İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Yüzbaşılı İsmayıl Rövşən oğlu, Yüzbaşıyev Rövşən Dədəcan oğlu, X3 və İddiaçı müştərək qaydada 6540 manat məbləğində əsas borc, 1766.30 manat faiz borcu, 143.35 manat məbləğində cərimə borcu, ümumilikdə 8449.65 manat borc və 104.49 manat məbləğində dövlət rüsumu alınaraq, FİNCA Azerbaijan MM QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri əsaslandırıcı hissəsindən görünür ki, FİNCA Azerbaijan MM QBKT-yə ilə borcalan Yüzbaşılı İsmayıl Rövşən oğlu və İddiaçı arasında bağlanmış **********1***-******* saylı xx.xx.2021-ci il tarixli “zaminlik müqaviləsi”ndən görünür ki, İddiaçı, FİNCA Azerbaijan MM QBKT-yə Lənkəran filialı ilə borcalan Yüzbaşılı İsmayıl Rövşənoğlu arasında bağlanmış **********1***-******* saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən borcalana illik 27 faiz olmaqla, 24 ay müddətinə, 7000 manat kredit verilmişdir. "xxxx" MMC-nin 05 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin X4 şöbəsinin Xətt qurğularınını kabel lehimləyici vəzifəsində işləyib və onun aylıq əmək haqqından Rayon Məhkəməsinin 2(049)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı tutulan məbləğ 4.437,06 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən 65 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı, “FİNCA Azerbaijan MM QBKT borcalan Yüzbaşılı İsmayıl Rövşənoğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış 7000 manat məbləğində kredit öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı iddia tələbində həmin zaminlik müqaviləsi üzrə borcalanın əvəzinə ödədiyi 4437.06 manatı cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır Həmin Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə də yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlunun idddiaçı İddiaçı qarşısında 4.437,06 manat öhdəliyi yaranmışdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilməli, Yüzbaşılı İsmayıl Rövşənoğlundan 4.437,06 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.437,06 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat məbləğində pul vəsaiti cavabdeh Yüzbaşılı İsmayıl Rövşən oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2284/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2284/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver