Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2302/2025 25.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 4955 (dörd min doqquz yüz əlli beş) manat əsas kredit borcu, 432,73 (dörd yüz otuz iki manat yetmiş üç qəpik) manat faiz borcu, 99 (doxsan doqquz) manat penya borcu, cəmi 5486,73 (beş min dörd yüz səksən altı manatyetmiş üç qəpik) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 yanvar 2025-ci il tarixli 1266/012025- 211722 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 12 ay müddətinə illik 24% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 4955 (dörd min doqquz yüz əlli beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə olan hesablamalara görə iddiaçıya 4955 (dörd min doqquz yüz əlli beş) manat əsas kredit borcu, 432,73 (dörd yüz otuz iki manatyetmiş üç qəpik) manat faiz borcu, 99 (doxsan doqquz) manat penya borcu,cəmi 5486,73 (beş min dörd yüz səksən altı manatyetmiş üç qəpik) manat borcu təşkil edir. Cavabdeh2 dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKTa olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh2 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zaminlər Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı arasında 09 yanvar 2025-ci il tarixli 1266/012025-211722Z saylızaminlik müqaviləsi bağlanmış və zaminlər məsuliyyəti öz üzərinə götürmüşdür. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh2 09 yanvar 2025-ci il tarixli 1266/012025-211722 saylı Kredit müqaviləsi üzrə ödəniş etməmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə xx.xx.2025-ci il tarixdən maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC kredit fəaliyyəti ilə məşqulduCr.avabdeh vaxtında ödəniş etsəydi, iddiaçı həmin məbləği yenə də kreditə verib fayda əldə edərdi. İddiaçı müştərilərlə müqaviləni illik 38% faiz hesablanmaqla bağlayır. Bundan əlavə qeyd etmək istəyirəm ki, iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 yanvar 2025-ci il tarixli 1266/012025-211722 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 12 ay müddətinə, illik 24 % faiz ödənilməsi şərtilə 4955 (yeddi min) manat məbləğində kredit verilmişdir. 09 yanvar 2025-ci il tarixli 1266/012025-211722 №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixdən Cavabdeh2 xx.xx.2026-ci il tarixədək 12 ay müddətinə hər ay 468.54 sonuncu ay 468.58 manat manat olmaqla kredit ödənişləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı BOKT ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 09 yanvar 2025-ci il tarixli 1266/012025-211722Z №-li kredit müqaviləsinə müvafiq olaraq sonuncu borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə zamin olmuş və müqaviləni zamin kimi imzalamışdır. Maliyyə arayışıdan görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2025-ci il tarixə ödənilməmiş 4955 manat əsas kredit borcu, 432,73 manat faiz borcu, 99 manat penya borcu, cəmi 5486,73 borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı BOKT ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 75 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-cİ maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı BOKT ASC qarşısında Cavabdeh2 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 78 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi təmin edilməli və 4959,97 manat əsas borc, 644,62 manat faiz borcu, 6,72 cərimə borcu, cəmi 5611,31 (beş min altı yüz on bir) manat məbləğində pul vəsaiti və 78 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı BOKT ASCyə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4955 manat əsas kredit borcu, 432,73 manat faiz borcu, 99 manat penya borcu, cəmi 5486,73 (beş min dörd yüz səksən altı manatyetmiş üç qəpik) manat məbləğində pul vəsaiti və 75 (yetmiş səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2302/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2302/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver