Məhkəmə qərarları › İş №e-2(049)-2332/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2332/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2332/2025 03.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan (bundan sonra LPO) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan (bundan sonra LPO) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi verərək, cəmi borc 6429,60 ABŞ dolları - bundan 2070,58 ABŞ dolları əsas, 1199,04 ABŞ dolları faiz, 2856,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 303,63 ABŞ dolları faiz borc və iş üzrə ödənilmiş 122,79 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "Dəmirbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 11475 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında ZM-190003261 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 8685,69 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 6429,60 ABŞ dolları təşkil edir. Bundan 2070,58 ABŞ dolları əsas, 1199,04 ABŞ dolları faiz, 2856,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 303,63 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh3 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə onun arasında bağlanmış kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 11475 ABŞ dolları məbləğində kredit verilmişdir. Ona kredit verilərkən müqavilənin ABŞ dolları bağlanıldığını bilməmişdir. Sonradan baş vermiş devalvasiya ilə əlaqədar o, təkrar banka müraciət etmiş, onunla xx.xx.2017-ci il tarixdə, 02 saylı Əlavə Saziş bağlanaraq, onun borc öhdəliyi restrukturizasiya edilmişdir. İddiaçı ASC ilə xx.xx.2017-ci il tarixdə, 02 saylı Əlavə Saziş bağlayan zaman 1USD=1.05 AZN məzənnəsinin əsas götürüldüyü bildirilmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün kredit borcunu ödəniş edə bilməmişdir. Lakin onun iddia ərizəsində göstərilən məbləğdə faiz borcu yoxdur. Hesab edir ki, bank tərəfindən faiz məbləği düzgün hesablanmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmişdir. İddia ərizəsinin iddia müddəti ötürülmədən verilmişdir. Ona görə də Cavabdeh3 tərəfindən verilmiş ərizənin nəzərə alınmamasını xahiş etdi. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia verilərkən iddia müddəti ötürüldüyünə görə mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, illik 26% ödənilmək şərti ilə 11475 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 190003261/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 zamin kimi xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə sazişdən görünür ki, 6033.96 ABŞ dolları 60 ay müddətinə, illik 8% ödənilmək şərtilə restrukturizasiya edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh3 xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə 6033.96 ABŞ dolları məbləğində hesablanmış borcu banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə sazişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 zamin kimi xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə sazişin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 ********* saylı kredit müqaviləsinə əsasən banka 2070,58 ABŞ dolları əsas borc, 1199,04 ABŞ dolları faiz borcu, 2856,35 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 303,63 ABŞ dolları, ümumi borc 6429,60 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 122,79 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş ərizədən görünür ki, o, hazırki tələb üzrə iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışdən görünür ki, müvafiq iddia ərizəsi xx.xx.2025-ci il tarixdə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanaraq “EMİS”ə yerləşdirilmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 11475 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında ZM-190003261 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən, borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6033.96 ABŞ dolları hesablanmışdır. Lakin buna baxmayaraq Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, 2070,58 ABŞ dolları əsas, 1199,04 ABŞ dolları faiz, 2856,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 303,63 ABŞ dolları faiz olmaqla, cəmi 6429,60 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə, Cavabdeh3 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən vaxtında verildiyindən cavabdehin ərizəsi nəzərə alınmamalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə saziş dən görünür ki, 6033.96 ABŞ dolları 60 ay müddətinə, illik 8% ödənilmək şərtilə restrukturizasiya edilmişdir. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh3 xx.xx.2017-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə 6033.96 ABŞ dolları məbləğində hesablanmış borcu banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Başqa sözlə, hazırki mülki iş materialı xx.xx.2025-ci il tarixdə “EMİS” üzərindən hakimin icraatına verilmişdir. Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə verməklə, iddiaçının ona qarşı iddia tələbini 3 il, yəni (xx.xx.2022-xx.xx.2025) xx.xx.2025-ci il tarixədək irəli sürə biləcəyini qeyd edir. Lakin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışdən görünür ki, müvafiq iddia ərizəsi xx.xx.2025-ci il tarixdə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanaraq “EMİS”ə yerləşdirilmişdir. Yəni, iddiaçı xx.xx.2025-ci il tarixdən əvvəl, xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə belə məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmiş olsaydı belə iddia müddətini ötütməmişdir. Çünki Mülki Məcəllənin 370.1-370.2-ci maddələrinə əsasən əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir. Əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Göründüyü kimi, cari ilin 01 iyun 2025-ci il tarixi həftənin bazar, yəni qeyri-iş gününə düşmüşdür. Bu baxımdan iddia ərizəsi 02 iyun 2025-ci il tarixdə verilmiş olsaydı belə iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilə bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi iddiaçı tərəfindən vaxtında verildiyindən cavabdehin ərizəsi nəzərə alınmamalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə saziş üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli, ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə saziş bağlanmışdır. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə saziş əsasında cavabdehə 60 ay müddətinə illik 8% dərəcəsi ilə 8685,69 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh3 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə qeyd edir ki, onların öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Bundan başqa, məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 2 nömrəli əlavə saziş üzrə 2856,35 ABŞ dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 144,94 ABŞ dolları həcmində tutulmasını daha ədalətli hesab edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 83,20 manat hissəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməli, 39,59 manat hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 2070,58 ABŞ dolları əsas, 1199,04 ABŞ dolları faiz, 144,94 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 303,63 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3718,19 ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 83,20 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 2070,58 ABŞ dolları əsas, 1199,04 ABŞ dolları faiz, 144,94 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 303,63 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3718,19 ABŞ dolları kredit borcu tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş pulun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 83,20 manat hissəsi Cavabdeh3 alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Ödənilmiş dövlət rüsumunun 39,59 manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə rədd edilsin. Cavabdeh3 tutulacaq 3718,19 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar