Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-235/2025 10.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə T Ə S V İ R İ H İ S S Ə: MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-in xeyrinə 6807,94 (altı min səkkiz yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 261,32 (iki yüz altmış bir manat otuz iki qəpik) manat məbləğində faiz borc, 120,33 (bir yüz iyirmi manat otuz üç qəpik) manat məbləğində penya, cəmi 7 189,59 (yeddi min yüz səksən doqquz manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin və 91,90 (doxsan bir manat qoxsan qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi cari tarixə Cavabdeh1 kreditor qarşısında gecikdirilmiş borcu 7 069,26 (yeddi min altmış doqquz manat 26 qəpik) manat təşkil edir ki, bunun da 6 807,94 (altı min səkkiz yüz yeddi manat 94 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 261,32 (iki yüz altmış bir manat 32 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə bu məbləğ 120,33 (bir yüz iyirmi manat 33 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh2 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli, İSM– XO-5.7.2023-003 №-li Xəbərdarlıq məktubunun və xx.xx.2023-cü il tarixli, İSM–XO- 5.9.2023-003 №-li öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Hazırda cavabdehlərdən kredit və digər borcların ödənilməsi tələb olunur. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırmış və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-in xeyrinə 6757,94 (altı min yeddi yüz əlli yeddi manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 339,07 (üç yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz borc, 238,99 (iki yüz otuz səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində penya, cəmi 7336 (yeddi min üç yüz otuz altı) manat məbləğində pul vəsaitinin və 93,36 (doxsan üç manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun çıxış edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-in xeyrinə 6757,94 (altı min yeddi yüz əlli yeddi manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 339,07 (üç yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz borc, 238,99 (iki yüz otuz səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində penya, cəmi 7336 (yeddi min üç yüz otuz altı) manat məbləğində pul vəsaitinin və 93,36 (doxsan üç manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini, digər Cavabdeh1 ilə birgə kredit götürdüklərini həmin puldan iki min manatının ona qalan pulun isə İsmayıla çatdığını, razılıqlarına əsasən kredit ödənişlərini birgə etdiklərini, lakin sonradan Cavabdeh1 pulu ödəmədiyini, öz payına düşən pulu isə işsiz olduğu üçün ödəmədiyini bildirdi. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022/ZM №-li müqaviləyə əsasən kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022 №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixədək 36 ay müddətinə hər ay 351,60 (sonuncu ay 357,14 manat) manat olmaqla kredit ödənişləri etməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışıdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2024-cü il tarixə ödənilməmiş 6807,94 manat əsas borcu, 261,32 manat faiz borcu, 120,33 cərimə borcu ümumillikdə 7.189,59 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 93,36 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 müddətinə illik 16 % (on altı faiz) ödənilməsi şərtilə nağd şəkildə istifadə olunmaqla 10 000 (on min) manat məbləğində kredit verilmiş vı bununla bağlı xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/013N05A01366022/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2iddiaçı "xxxx" ASC qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 93,36 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi təmin edilməli və 6757,94 (altı min yeddi yüz əlli yeddi manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 339,07 (üç yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz borc, 238,99 (iki yüz otuz səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində penya, cəmi 7336 (yeddi min üç yüz otuz altı) manat məbləğində pul vəsaiti və 93,36 (doxsan üç manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6757,94 (altı min yeddi yüz əlli yeddi manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 339,07 (üç yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz borc, 238,99 (iki yüz otuz səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində penya, cəmi 7336 (yeddi min üç yüz otuz altı) manat məbləğində pul vəsaiti və 93,36 (doxsan üç manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-235/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-235/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver