Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2372/2025 02.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y yə n e t d i : TƏSVİRİ HİSSƏ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə 549.07 manat əsas borc, 12.93 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 19.04 manat faiz borcu - cəmi 581.04 manat borc və 30.00 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsinə əsasən restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə X2 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1116.39 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən X3 ödəniş qrafiki üzrə hər ay əsas borc və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün X3 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X3 müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. X3 ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə 549.07 manat əsas borc, 12.93 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 19.04 manat faiz borcu - cəmi 581.04 manat borc yaranmışdır. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumata əsasən X1 vərəsəsi müəyyən edilməmişdir. X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında tam maddi məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı X1 bütün öhdəliklərini icra etməlidir. Kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə cəmi 581.04 manat borc və 30.00 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutulmasını tələb edir. İş materiallarına əlavə edilmiş, elektron sistemdən çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən mərhum X2 aid vərəsəlik işi müəyyən edilməmişdir (yəni X1 ölümü ilə bağlı vərəsəlik haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət edilməmişdir). Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi, həmin tarixli zaminlik müqaviləsi, kredit müqaviləsinə əlavə edilən ödəiş cədvəli, xx.xx.2025-ci il tarixli hesabdan çıxarış, xx.xx.2025-ci il tarixli maliyyə arayışı, xx.xx.2025-ci il tarixli bildiriş, elektron sistemdən çıxarış, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edilmişdir ki, X1 LPO İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1116.39 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən X3 ödəniş qrafiki üzrə hər ay əsas borc və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün X3 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X3 müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. X3 ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə 549.07 manat əsas borc, 12.93 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 19.04 manat faiz borcu - cəmi 581.04 manat borc yaranmışdır. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumata əsasən X1 vərəsəsi müəyyən edilməmişdir. Kredit borcunun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə 549.07 manat əsas borc, 12.93 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 19.04 manat faiz borcu - cəmi 581.04 manat borc və 30.00 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə, ödəniş cədvəlinə, hesabdan çıxarışa, maliyyə arayışına, xəbərdarlıq məktubuna və digər sənədlərə istinad edir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə X1 iddiaçının qarşısında mövcud olmuş, lakin icra edilməmiş öhdəliklərinə görə onun vəfatından sonra Cavabdeh həmin öhdəliklərin icrası üçün hazırki vəziyyətdə bilavasitə maddi məsuliyyət daşıyır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə 549.07 manat əsas borc məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə 12.93 manat faiz borcu məbləğinin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 19.04 manat faiz borcu məbləğinin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.00 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli 111/31/321/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə Cavabdeh iddiaçı X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 549.07 manat əsas borc, 12.93 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 19.04 manat faiz borcu, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.00 manat dövlət rüsumu - cəmi 611.04 manat tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-2372/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2372/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver