Məhkəmə qərarları › İş №e-2(049)-2384/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2384/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2384/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu iddiaçı "NBC Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizəsinə baxaraq müəyyən etdi̇ : İddiaçı "NBC Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, cavabdeh X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi cavabdeh şəxs iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən dörd ildən çox müddət əvvəl vəfat etmişdir. MPM-nin 149.2.4-cü maddəsinin tələbinə göreə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəisinə əalvə edilməlidir. MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı "NBC Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar