Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2385/2024 23.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X3 İstismarı İdarəsinə dəymiş 264,40 manat maddi ziyanın,ödənilmiş 30,00 manat dövlət rüsumunun, cəmi 294,40 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bağırov X1 şəhəri, H.Əliyev küçəsində idarə etdiyi “Kamaz” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X3 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli d=57 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyatı komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-yə 264,40 (iki yüz altmış dörd manat qırx qəpik) manat zərər dəymişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 22 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı **-BH-*** dövlət nömrə nişanlı yük avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Lənkəran rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrinə əsasən haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh tərəfindən Lənkəran şəhəri, H.Əliyev küçəsində xx.xx.2023-cü il tarixində “Kamaz” markalı, **-BH-*** dövlət nömrə nişanlı yük avtomobili ilə yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində yolun kənarı ilə keçən X3 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan d=57 mm-lik qaz xətti mexaniki zərbəyə məruz qalaraq deformasiyaya uğramış, nəticədə qaz xətti yararsız hala düşmüş, gecə saat 04:30-dan saat 05:00-a qədər təbii qaz havaya axmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 14 mart 2023-cü il tarixdə saat 04:00-da «KAMAZ 53212 yük» markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmuş, İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyatı hadisəsi yerindən yayınmasına görə) 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilib. Lənkəran ŞRPŞ-də verdiyi izahatda Cavabdeh bildirmişdi ki, xx.xx.2023-cü il saat 04:00 radələrində etibarnaməylə idarə etdiyi «KAMAZ 53212 yük» markalı ** BH *** nömrəli maşınla Lənkəran şəhərinə yük gətirib. Bu zaman qaz borusuna dəyib və 104 qaynar xəttinə məlumat verib. Lakin bunun üçün polisə məlumat verməyib və hadisə yerindən yük boşaldıb və yaşadığı ünvana gedib. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il saat 04:00 radələrində Lənkəran şəhəri, H.Əliyev küçəsində X2 idarə etdiyi **-BH-*** dövlət nömrə nişanlı “Kamaz" markalı yük avtomobili ilə qəza törədərək küçə ilə keçən D 57 mm-İik yerüstü orta təzyiqli qaz xəttini qaynaq birləşməsi nöqtəsindən qırmışdır. Qəza nəticəsində D57mm orta təzyiqli küçə qaz xətti 30.0 p/m hissəsi dayaqlardan düşmüş, 2.0 ədəd D57 mm metal əymə yararsız hala düşmüşdür. Saat 04:30 radələrində yaxınlıqdakı siyirmədən xəttə qazın nəqli dayandırılmışdır. 120- ə yaxın abonent qazsız qalmışdır. 30.0 dəqiqə ərzində təbii qaz havaya axmışdır. Qaz xəttində baş verən qəza hadisəsi Lənkəran XS-i QDX-i tərəfindən xx.xx.2023-cü il tarixində aradan qaldırılmışdır. Lənkəran şəhəri, H.Əliyev prospektində vətəndaş X2 idarə etdiyi **-BH-*** dövlət nömrə nişanlı “Kamaz" markalı yük avtomobili ilə törədilən qəza zamanı D-57 mm-lik qaz xəttinin zədələnməsinə görə dəymiş ziyan hesablanması cədvəlindən görünür ki, yekun olaraq 264.4 manat ziyan dəymişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan mülki hüquq normasının dispozisiya şərtlərinə əsasən iddianın təmin edilməsi üçün aşağdakılar sübuta yetiriməlidir:
1. Zərər vurulmuş əmlakın şəxsə məxsus olması
2. Zərərin vurulması
3. Zərəri vurmuş şəxsin təqsiri Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il saat 04:00 radələrində Lənkəran şəhəri, H.Əliyev küçəsində X2 idarə etdiyi **-BH-*** dövlət nömrə nişanlı “Kamaz" markalı yük avtomobili ilə qəza törədərək küçə ilə keçən D 57 mm-İik yerüstü orta təzyiqli qaz xəttini qaynaq birləşməsi nöqtəsindən qırmışdır. Qəza nəticəsində D57mm orta təzyiqli küçə qaz xətti 30.0 p/m hissəsi dayaqlardan düşmüş, 2.0 ədəd D57 mm metal əymə yararsız hala düşmüşdür. Qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİyə 264,40 (iki yüz altmış dörd manat qırx qəpik) manat zərər dəymişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 264.40 manat, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 294.40 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət vermədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nicat Ağabəyov