Məhkəmə qərarları › İş №e-2(049)-2415/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2415/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2415/2023 07.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT-nın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT-nın sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli **********2288 nömrəli kredit müqaviləsi üzrə 2445.84 manat əsas borc, 10.18 manat faiz borcu, cəmi 2456.02 manat, həmçinin 44.57 manat dövlət rüsumu məbləğininin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılaraq həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun hazırda həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmiş və həmin Nümayəndəlikdən məhkəmə sənədinin cavabdehin ünvanına çatdırılması barədə məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2288 saylı, Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bagli əlavə tədbirlər haqqında" Fərmanın 6-cı maddəsinə uygun olaraq Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxti keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2707.08 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.26 manat, dord il müddətində isə hər ay 57.57 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli **********2288 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən onun 2445.84 manat əsas borc, 10.18 manat faiz borcu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44.57 manat dövlət rüsumu ödəmişdir. İddiaçı hazırda xx.xx.2019-cu il tarixli **********2288 nömrəli kredit müqaviləsi üzrə 2445.84 manat əsas borc, 10.18 manat faiz borcu - cəmi 2456.02 manat borc məbləğini və dövlət rüsumu kimi ödənilmiş 44.57 manat məbləği cavabdehlərdən birgə qaydada tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2288 saylı Güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxti keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2707.08 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.26 manat, dord il müddətində isə hər ay 57.57 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44.57 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli **********2288 nömrəli kredit müqaviləsi üzrə cəmi 2456.02 manat borc və 44.57 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli **********2288 nömrəli kredit müqaviləsi üzrə 2445.84 manat əsas borc, 10.18 manat faiz borcu borcu məbləğlərinin cavabdehdən tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 44.57 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********2288 nömrəli kredit müqaviləsi üzrə 2445.84 manat əsas borc, 10.18 manat faiz borcu, 44.57 manat dövlət rüsumucəmi 2500.59 manat tutularaq iddiaçı “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT-nın hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar