Məhkəmə qərarları › İş №e-2(049)-2428/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2428/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2428/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X9, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Bakı Şəhər 9 saylı Vəki Bürosunda fəaliyyət göstərən vəkil X7, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı Cavabdeh 1302 manat pulun və ödənilmiş 33 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BA № 111095 saylı, xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən “Toyota Prius” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın X4 məxsusdur. Ümumi etibarnaməyə əsasən X3 bütün əmlaklarına iddiaçı nəzarət edir. X1 razılığı əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi yəni 12 gün etibarnamə əsasında Cavabdeh idarə etmək üçün vermişdir. Avtomobilini ona geri verərkən avtomobilin üzərinə Cavabdeh Yol hərəkəti haqqında qanunun tələblərini müxtəlif vaxtlarda pozması nəticəsində yazılmış 1302.5 AZN məbləğində cərimə olmuşdur. Həmin vaxtı Cavabdeh həmin cərimələri ödəməli olduğunu bildirsə də, ödəməkdən boyun qaçırmışdır. Cərimələrin 2 aydan artıq müddətə ödənmədiyindən avtomobilin üzərinə həbs qoyulmuş və həmin cərimələrin ödənməsini X7 ondan tələb etdiyində o məcbur qalaraq həmin cərimələrin hamısını ödəmişdir. İş materiallarına əlavə etdiyi qəbzlərdə ödəyici kimi Cavabdeh görsənsə də, həmin cərimələri o ödəmişdir. Belə ki, hökümət ödəniş portalından kart vasitəsi ilə ödəniş edərkən ödəyici kimi cərimə edənin adı yazılır. Lakin bu ziddiyəti aradan qaldırmaq üçün kapital bankdan kart hesabıma dair çıxarış alaraq işə əlavə etmiş və həmin çıxarışdan cərimənin onun tərəfimdən ödənildiyi tam olaraq sübuta yetirlir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixində o, “Toyota Prius” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın almış və Bakıdan Lənkəran rayonu və əksinə getmişdir. Həmin vaxt avtomobilin surət göstərən tablosu xarab olduğundan o, hansı surətlə hərəkət etdiyini bilməmiş və həmin müddətdə 23 dəfə yol hərəkəti qaydalarını pozaraq surət həddini aşmışdır. Bu hal sonradan ona məlum olmuş və həmin inzibati xətaların cərimə pulunu atası dostu Nail Əlizadəyə ödəmişdir. O və ya atası cərimə pullarını hər hansı hökümət portalına deyil birbaşa dostu Nail Əlizadəyə verdiyi üçün cərimələr ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X2 Fərid Nəhməd oğluna 10 illik ümumi etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh “Toyota Prius” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tariixdə Cavabdeh adından kütləvi ödəniş edilməkdə 30 ayrı qəbz alınaraq ümumilikdə 1474.50 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş və Kapital bank ASC-nin ödəniş kartı çıxarışından görünür ki,İddiaçı tərəfindən elektron hökümət portalı olan gpp.az saytı vasitəsi ilə ödənişlər edilmiş və həmin kartdan 1474.50 manat məxaric edilmişdir. Məhkəmə iclasında elan edilərək tərəflərin iştirakı ilə tədqiq edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün 33 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. MM-nin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. MM-nin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından, və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, “Toyota Prius” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın X4 məxsusdur. X1 razılığı əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi yəni 12 gün etibarnamə əsasında Cavabdeh idarə etmək üçün vermişdir. Avtomobil geri verərkən avtomobilin üzərinə Cavabdeh Yol hərəkəti haqqında qanunun tələblərini müxtəlif vaxtlarda pozması nəticəsində yazılmış 1302.5 AZN məbləğində cərimə olmuşdur. Həmin vaxtı Cavabdeh həmin cərimələri ödəməli olduğunu bildirsə də, ödəməkdən boyun qaçırmışdır. Cərimələrin 2 aydan artıq müddətə ödənmədiyindən avtomobilin üzərinə həbs qoyulmuş və həmin cərimələrin ödənməsi iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1320 manat və dövlət rüsumu ödənilmiş 33 manat məbləğində pulu İddiaçı ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar