Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2430/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsindən görünür ki, cavabdehlər Muradov X1 rayonu, Qıvraq qəsəbəsi 1 №-li hərbi şəhərcik ev 2 mənzil 25-də, Cavabdeh2 isə Astara rayonu, Qapıçıməhəllə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi iddiaşı tərəfindən iddia ərizəsi cavabdehlərin rəsmi qeydə alındıqları məhkəməyə verilməmişdir. İddiaçı tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə göndərilmiş ərizədə hazırki iddia ərizəsinin texniki yanlışlıq səbəbindən Lənkəran Rayon Məhkəməsinə göndərildiyi bildirilərək, sözügedən tələb üzrə mülki işin Astara Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Lakin, məhkəmə MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, yuxarıda şərh olunanlara əsasən ərizə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264-cü maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Qərara aldım: İdidaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə izah olunsun ki, qeyd edilən nöqsanı aradan qaldırıb ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-2430/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2430/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver