Məhkəmə qərarları › İş №e-2(049)-244/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-244/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-244/2024 08.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun tutulması» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun birgə qaydada cavabdehlərdən tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 aprel 2023-cü tarixli MNR-400-0045- 23 saylı Kredit müqaviləsinə əsasən, 1722 (bir min yeddi yüz iyirmi iki manat) AZN əsas kredit borcu, 199.72 (bir yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla,cəmi 1921.72 (bir min doqquz yüziyirmi bir manat yetmiş iki qəpik) AZN, həmçinin 39.21 (otuz doqquz manat iyirmi bir qəpik) manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış 17 aprel 2023-cü il tarixli, MNR-400-0045- 23 Kredit müqaviləsinə əsasən cavabdehə 16 ay müddətinə, 2022 (ikimin iyirmi ikimanat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən Cavabdehin İddiaçıya 26 oktyabr 2023-cü il tarixinə 1722 (bir min yeddi yüz iyirmi ikimanat) AZN əsas kredit borcu, 199.72 (bir yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla,cəmi 1921.72 (bir min doqquz yüziyirmi bir manat yetmiş iki qəpik) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq,cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 17 aprel 2023-cü il tarixli, MNR-400-0045- 23 saylı Kredit Müqaviləsinə əsasən 16 ay müddətinə qaytarılmaq şərti ilə 2022 manat məbləğinin alınması üçün kredit müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq kredit borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 aprel 2023-cü il tarixMliNR-400-0045- 23 Kredit müqaviləsinə əsasən cavabdehə 16 ay müddətinə, 2022 (ikimin iyirmi ikimanat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən Cavabdehin İddiaçıya 26 oktyabr 2023-cü il tarixinə 1722 (bir min yeddi yüz iyirmi ikimanat) AZN əsas kredit borcu, 199.72 (bir yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla,cəmi 1921.72 (bir min doqquz yüziyirmi bir manat yetmiş iki qəpik) AZN borcu qalmaqdadır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 39.21 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17 aprel 2023-cü tarixli, MNR-400-0045-23 saylı kredit müqaviləsinə əsasən, 1722 AZN əsas kredit borcu, 199.72 manat cərimə borcu olmaqla, cəmi 1921.72 AZN bor və 39.21 ödənilmiş dövlət rüsumu alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar