Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2442/2023 19.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı (X1) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh müştərək qaydada İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 08 iyun 2017-ci il tarixli İL/231753/032 nömrəli Daxili lizinq müqaviləsinə əsasən cəmi 184.58 (bir yüz səksən dörd dollar 58 sent) ABŞ dolları məbləğində borcun- bundan 164.14 (bir yüz altmış dörd dollar 14 sent) ABŞ dollarıəsas və Daxili lizinq müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən ödənilməmiş əsas borca illik 5 faizlə hesablanmış 20.44 (iyirmi dollar 44 sent) ABŞ dollarıfaiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında (bundan sonra “Lizinq alan” adlanacaq) bağlanmış 08 iyun 2017-ci il tarixli İL/231753/032 nömrəli Daxili lizinq müqaviləsinə əsasən (bundan sonra “Lizinq müqaviləsi” adlanacaq) lizinq verən müqavilənin 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Kondisioner AVAA180” ağ rəngli 180 BT markalı kondisioneri (bundan sonra “lizinq obyekti” adlanacaq) satışdan öz mülkiyyətinə əldə edib lizinq alanın sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada lizinq ödənişlərini Lizinq verənə ödənilməsini öhdələrinə götürmüşlər. Lizinq Müqaviləsinin ümumi məbləği o cümlədən lizinq obyektinin qiyməti 620 (altı yüz iyirmi) ABŞ dolları təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 (otuz altı) ay müddətinə, illik 12 (on iki) faiz ödənilməsi şərti ilə lizinqə verilmişdir. Lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərini (əsas borc, lizinq verənin mükafat məbləği, cari (aylıq) ödənişlər) müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması və borcun ödənilməsi barədə lizinq verən tərəfindən cavabdehə dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixli **********829 saylı bildirişlə isə yazılı müraciət edilməsinə baxmayaraq cavabdeh lizinq ödənişlərinin qaytarılmasını təmin etməmişdir. Göründüyü kimi lizinq verən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Lizin müqaviləsinin 3.1-ci maddəsinə əsasən lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin müqavilənin 5.8-ci maddəsinə əsasən bu Muqavilə ilə müəyyən edilən vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən lizinq alan bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq lizinq obyektini dərhal lizinq verənin müəyyən etdiyi yerdə, normal amartizasiya nəzərə alınmaqla qəbul etdiyi vəziyyətdə təhvil aktı ilə lizinq verənə qaytarmalıdır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehxx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 184.58 (bir yüz səksən dörd dollar 58 sent) ABŞ dolları təşkil edir. Bundan 164.14 (bir yüz altmış dörd dollar 14 sent) ABŞ dolları əsas və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən ödənilməmiş əsas borca illik 5 faizlə hesablanmış 20.44 (iyirmi dollar 44 sent) ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 0,40 manat xidmət haqqı və 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 24 noyabr 2005-ci il tarixli 4 saylı Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56,57 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. avabdeh Cavabdeh müştərək qaydada İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 08 iyun 2017-ci il tarixli İL/231753/032 nömrəli Daxili lizinq müqaviləsinə əsasən cəmi 184.58 (bir yüz səksən dörd dollar 58 sent) ABŞ dolları məbləğində borcun- bundan 164.14 (bir yüz altmış dörd dollar 14 sent) ABŞ dollarıəsas və Daxili lizinq müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən ödənilməmiş əsas borca illik 5 faizlə hesablanmış 20.44 (iyirmi dollar 44 sent) ABŞ dollarıfaiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2442/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2442/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver