Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2471/2023 15.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 15044.88 (on beş min qırx dörd manat səksən səkkiz qəpik) manat əsas, 1452.60 (bir min dörd yüz əlli iki manat altmış qəpik) manat faiz, cəmi 16497.48 (on altı min dörd yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat borcun, həmçinin ödənilmiş 139.89 (yüz otuz doqquz manat səksən doqquz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15500 (on beş min beş yüz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 1096733/29858 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 15044.88 (on beş min qırx dörd manat səksən səkkiz qəpik) manat, faiz borcu 1452.60 (bir min dörd yüz əlli iki manat altmış qəpik) manat, cəmi 16497.48 (on altı min dörd yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 16497.48 ( on altı min dörd yüz doxsan yeddi manat 48 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsində göstərilən borc məbləğini qəbul etdiyini, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 16% olmaqla 15500 (on beş min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 1096733/29858 №-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışıdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2023-cü il tarixə ödənilməmiş 15044.88 manat əsas borcu, 1452.60 manat faiz borcu, ümumillikdə 16497.48 manat borcu vardır. xx.xx.2022-ci il tarixli ******* №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 48 ay müddətində hər ay 439.27 manat olmaqla, sonuncu ödənişi 439.59 manat xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2026-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASCna qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 139.89 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15500 (on beş min beş yüz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 1096733/29858 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ASC qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 139.89 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi qismən təmin edilməli və 15.044,88 manat əsas borcu, 1.452,60 manat faiz borcu, ümumillikdə 16.497,48 manat borcu və 139.89 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 15.044,88 manat əsas borcu, 1.452,60 manat faiz borcu, ümumillikdə 16.497,48 manat borc və dövlət rüsumu kimi ödənilmiş 139,89 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-27-52 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 «02» iyun 2021-ci il İş № 2(049)-47/2021 İddiaçı: MM "Xəzər” Kredit İttifaqı Ünvan: Lənkəran şəhəri, H.Əliyev pr. 1/21 Cavabdeh1 Ünvan: Lənkəran rayonu, Separadi kəndi Cavabdeh: Cavabdeh2 Ünvan: Lənkəran şəh., H.Abdullayev k., ev 11/52 Lənkəran Rayon Məhkəməsinin 2(049)-47/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi Sizə göndərilir. Qoşma: Qətnamənin surəti – 04 (dörd) vərəq. Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-27-52 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 «02» iyun 2021-ci il İcra vərəqəsi İş № 2(049)-47/2021 İddiaçı ASCnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli 1230- 1246-01 saylı kredit müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli 1230-1246-01/Z saylı zaminlik müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2.759,57 manat, faiz borcu üzrə 205,43 manat, ümumilikdə xx.xx.2019-cu il tarixinə 2965 (iki min doqquz yüz altmış beş) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASCnın xeyrinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti icra vərəqəsinə əlavə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuruna öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, soyadı, atasının adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Cavabdeh1, ünvan: Lənkəran rayonu, Separadi kəndi Təvəllüd xx.xx.1968-ci il. Borclunun adı, soyadı, atasının adı, ünvanı, bankda hesablaşma hesabının №-si: Cavabdeh2, ünvan: Lənkəran şəh., H.Abdullayev küç., ev 11/52 Təvəllüd xx.xx.1969-cu il. Tələbkarın adı, soyadı, atasının adı, ünvanı, bankda hesablaşma hesabının №-si: İddiaçı ASC, ünvan: Lənkəran şəhəri, H.Əliyev pr,1/21 İcra vərəqəsi 02 iyul 2021-ci il tarixdə verilmişdir. M.Y Hakim: Rəşad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ4200 Tel: (02525) 5-27-52 Lənkəran şəhəri, Nizami küçəsi 3 Faks: (02525) 5-01-97 «02» iyul 2021-ci il İş № 2(049)-47/2021 Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin rəisi, cənab Davud Ağayeva Hörmətli Davud müəllim! İddiaçı ASCnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. İcranın nəticəsi barədə Lənkəran Rayon Məhkəməsinə rəsmi məlumat verməyiniz xahiş olunur. Qoşma: İcra vərəqəsi və qətnamənin surəti - 05 (beş) vərəq. Hörmətlə, Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-2471/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2471/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver