Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2503/2025 19.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı «Finca Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı «Finca Azerbaijan” MM QBKT-nın Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək cavabdehin vəfat etməsi səbəbindən 2(049)-2503/2025 saylı mülki iş üzrə təqdim edilmiş iddia ərizəsi, əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onlara geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdə bərabər iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı «Finca Azerbaijan” MM QBKT-nın Cavabdeh qarşı borcunun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2025-ci il tarixli **********56 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «Finca Azerbaijan” MM QBKT-na qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. X3
Məhkəmə qərarları › İş №e-2(049)-2503/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2503/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver