Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2504/2024 26.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə baglanmış xx.xx.2023-cü il tarixli 1156561saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 9393.76 ( doqquz min üç yüz doxsan üç manat yetmiş altı qəpik) manat əsas, 739.74 ( yeddi yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat faiz, cəmi 10133.50 ( on min yüz otuz üç manat əlli qəpik) manat, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3663.56 ( üç min altı yüz altmış üç manat əlli altı qəpik) manat əsas, 392.89 ( üç yüz doxsan iki manat səksən doqquz qəpik) manat faiz, cəmi 4056.45 ( dörd min əlli altı manat qırx beş qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 132.97 ( yüz otuz iki manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 ( on min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixli 1156561/36710 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixinə əsas borcu 9393.76 ( doqquz min üç yüz doxsan üç manat yetmiş altı qəpik) manat, faiz borcu 739.74 ( yeddi yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat, cəmi 10133.50 ( on min yüz otuz üç manat əlli qəpik) manat təşkil edir. Həmçinin Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3900 ( üç min doqquz yüz manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə əsas borcu 3663.56 ( üç min altı yüz altmış üç manat əlli altı qəpik ) manat, faiz borcu 392.89 ( üç yüz doxsan iki manat səksən doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda, hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 10133.50 ( on min yüz otuz üç manat əlli qəpik ) manat, xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 4056.45 ( dörd min əlli altı manat qırx beş qəpik ) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə ərizə ünvanlayarq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* №-li , kredit müqaviləsindən görünür ki, Cavabdeh1 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 16.5% olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 1156561/36710 saylı Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Azər-Türk Bank» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* №-li , kredit müqaviləsindən görünür ki, Cavabdeh1 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 16.5% olmaqla 3900 (üç min doqquz yüz ) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 1156561/36710 №-li zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. Maliyyə arayışıdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ******* saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2024-cü il tarixə ödənilməmiş 10.133.50 manat əsas, ödənilmiş əsas borcu, 606.24 ,ödənilmiş faiz borcu 805.37, ödənilməli əsas borc 9393.76, ödənilməli faiz borcu 739.74 manat faiz borcu, ümumillikdə 10133.50 manat borcu vardır. Maliyyə arayışıdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ******* saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2024-cü il tarixə ödənilməmiş 4056.45 manat əsas, ödənilmiş əsas borcu, 236.44,ödənilmiş faiz borcu 209.68, ödənilməli əsas borc 3663.56, ödənilməli faiz borcu 392.89 manat faiz borcu, ümumillikdə 4056.45 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, İddiaçı ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 139.89 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 ( on min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ( qırx səkkiz ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3900 ( üç min doqquz yüz manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixli 1156561/36710 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ASC qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 139.89 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi təmin edilməli və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9393.76 ( doqquz min üç yüz doxsan üç manat yetmiş altı qəpik) manat əsas, 739.74 ( yeddi yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat faiz, cəmi 10133.50 ( on min yüz otuz üç manat əlli qəpik) manat borc, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3663.56 ( üç min altı yüz altmış üç manat əlli altı qəpik) manat əsas, 392.89 ( üç yüz doxsan iki manat səksən doqquz qəpik) manat faiz, cəmi 4056.45 ( dörd min əlli altı manat qırx beş qəpik) manat borc və ödənilmişmiş dövlət rüsumunun əvəzi olaraq 132.97 ( yüz otuz iki manat doxsan yeddi qəpik ) manat məbləğində pul vəsaititutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9393.76 ( doqquz min üç yüz doxsan üç manat yetmiş altı qəpik) manat əsas, 739.74 ( yeddi yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat faiz, cəmi 10133.50 ( on min yüz otuz üç manat əlli qəpik) manat borc, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3663.56 ( üç min altı yüz altmış üç manat əlli altı qəpik) manat əsas, 392.89 ( üç yüz doxsan iki manat səksən doqquz qəpik) manat faiz, cəmi 4056.45 ( dörd min əlli altı manat qırx beş qəpik) manat borc və ödənilmişmiş dövlət rüsumunun əvəzi olaraq 132.97 ( yüz otuz iki manat doxsan yeddi qəpik ) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2504/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2504/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver