Məhkəmə qərarları › İş №e-2(049)-2514/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2514/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2514/2024 14.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1075 AZN ödənilməmiş icarə haqqı borcu və 31 (otuz bir) AZN ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC (bundan sonra “İcarədar”) ilə Cavabdeh (bundan sonra “İcarəçi”) arasında 51 saylı notariat ofisində 3M- 192 saylı qeydə alınmış, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X1 markalı ** PH *** dövlət qeydiyyat nişanlıavtomobili (bundan sonra “Avtomobil”) İcarəçiyə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdürlər. Həmin müqavilənin 4-cü bəndlərinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən edilir. Gündəlik müəyyənləşdirilmiş icarə haqqını 25 AZN təşkil edir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, müqavilədə göstərilmiş qaydalara raiayət edilmədikdə İcarəyə verən müqaviləyə bir tərəfli şəkildə xitam verə bilər. Həmin müqavilənin 4.8-ci bəndinə görə, icarə haqqı 5 gün gecikərsə, avtomobilin idarə olunması üçün verilmiş etibarnamə icarəyə verən tərəfindən dərhal ləğv olunur və avtomobilin geri qaytarılması üçün icarəyə götürənə məlumat verilir. Avtomobil geriyə tələb olunduğu andan 72 saat ərzində geri qaytarılmalıdır. xx.xx.2022-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi, İcarədar icarə müqaviləsi əsasında Avtomobili saz şəkildə İcarəçinin istifadəsinə vermişdir. Lakin, İcarəçi Avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını İcarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İcarəçinin 1075 AZN ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Mübahisənin həlli ilə bağlı cavabdehə qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh xx.xx.2024-cü il tarixdə bildiriş və iddia ərizəsinin surətini poçt vasitəsi ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında 51 saylı notariat ofisində 3M-192 saylı qeydə alınmış, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X1 markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili İcarəçiyə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdürlər. Həmin müqavilənin 4-cü bəndlərinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən edilir. Gündəlik müəyyənləşdirilmiş icarə haqqını 25 AZN təşkil edir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, müqavilədə göstərilmiş qaydalara raiayət edilmədikdə İcarəyə verən müqaviləyə bir tərəfli şəkildə xitam verə bilər. Həmin müqavilənin 4.8-ci bəndinə görə, icarə haqqı 5 gün gecikərsə, avtomobilin idarə olunması üçün verilmiş etibarnamə icarəyə verən tərəfindən dərhal ləğv olunur və avtomobilin geri qaytarılması üçün icarəyə götürənə məlumat verilir. Avtomobil geriyə tələb olunduğu andan 72 saat ərzində geri qaytarılmalıdır. xx.xx.2022-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi, İcarədar icarə müqaviləsi əsasında Avtomobili saz şəkildə İcarəçinin istifadəsinə vermişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1075 AZN borc və 31 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar