Məhkəmə qərarları › İş №e-2(049)-2591/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2591/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2591/2023 07.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayyəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 4000 manat, və dövlət rüsumuna görə 60 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran şəhəri X5 ev 1/1-də qeydiyyatda olan, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Oktyabr küçəsi ev 17-də yaşayan Cavabdeh ilə 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu 19 nömrəli poliklinikada tanış olublar. Münasibətləri yaranıb və etibarından istifadə edərək 2019-cu ildə ona hissə-hissə pul alıb qaytarırdı. Sonuncu dəfə olaraq təxminən 2022-ci ildə ondan aldığı 4900 (dörd min doqquz yüz) manat puldan hissə-hissə 600 (altı yüz) manatı qaytararaq 4300 (dörd min üç yüz) manat borcu qalmışdır. 2022-ci il tarixdə Cavabdeh zəng vurub borcunu istəyərkən telefonda onu söyüb təhqir edib. İddiaçı bu barədə DİN-nin 102 xidmətinə zəng vurub şikayətin bildirib, Bakı şəhəri Yasamal rayonu 28-ci polis şöbəsinə çağrılıb və şikayətin nə olduguni bildirib. İddiaçı şikayətilə bağlı olaraq Cavabdeh da izahatı alınıb və o, izahatında bildirib ki, 4300 (dörd min üç yüz) manat yox 4000 (dörd min) manat borcu var. Ona söz verib ki, hər ay hissə-hissə qaytaracaq, lakin Cavabdeh ilə 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu 28-ci polis şöbəsinə xx.xx.2022-ci il tarixli izahatından 9 ay 15 gün keçməsinə baxmayaraq 4000 min manat borcu qaytarmır. Cavabdeh 4000 (dörd min) manat borcun məhkəmə qaydasından alınaraq ona verilməsini istəyir. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə sorğusu əsasında əldə edilmiş İddiaçı şikayəti əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində aparılan araşdırmaya dair iş materiallarında olan Cavabdeh izahatından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, “onun Təranəyə dörd min manat borcu olduğu üçün Təranə ona zəng edərək pulunu istəmişdir və borcundan ayda 100 manat ödəyə biləcəyini ona bildirmişdir.” İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi, polis mayoru Xəyal Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışında qeyd edlmişdir ki, “Bakı şəhər sakini İddiaçı 5-6 ildir ki, tanıdığı Almaz adlı xanıma təxminən 2 ildir ki, 400 qram qızıl verməsi, lakin Almaz borcunun bir hissəsini ödəsə də yerdə qalan 4900 manat pul ödəməməsi, pulu tələb etdikdə onu küçə söyüşləri ilə söyüb, təhqir etməsi barədə Yasamal RPİ- nin 28-ci PB-nə etdiyi müraciətinə tərəfimizdən baxılmışdır. İddiaçı müraciətində yazdıqlarını izahatında da təsdiq etmişdir. xx.xx.1968-ci ildə Lənkəran rayonunda anadan olmuş, 19 saylı poliklinikadan tibb bacısı işləyən, Zabrat rayonu, Zabrat qəsəbəsi, Oktyabr 17 ünvanda yaşayan X3 PB-nə dəvət edilmiş və ondan izahat alınmışdır. O, izahatında İddiaçı 4000 manat borcu olduğunu, həmin borcu ayda 100 manat verməklə ödəyəcəyini bildirməsi, lakin Təranənin buna razı olmadığı, onu söyüb təhqir etdiyini bildirməsi və ona cavab verməsini bildirmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı müraciətində qeyd etdiyi xüsusat mülki xarakterlidir. Odur ki, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min ) manat və 60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat, cəmi 4060 (dörd min altmış) pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar