Məhkəmə qərarları › İş №e-2(049)-261/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-261/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-261/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin xeyrlərinə əsas borc üzrə 3455,76 (üç min dörd yüz əlli beş) manat 76 qəpik) manat, cəmi 3455,76 (üç min dörd yüz əlli beş) manat 76 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 54 manat məbləğində vəsaitin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" Kredit İttifaqı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il il tarixli 02667-1977-01 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 36% ödəmək şərtilə 8270 (səkkiz min iki yüz yetmiş manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və "xxxx" Kredit İttifaqı MMC həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il il tarixdə borclu Cavabdeh kredit xətti daxilində xx.xx.2023-cü il il tarixli 029№-li məxaric orderi ilə 8270 (səkkiz min iki yüz yetmiş manat 00 qəpik) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Zamin xx.xx.2023-cü il il tarixli 02667-1977-01Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il il tarixli 02667-1977-01№-li kredit müqaviləsinin 2-ci bəndinə görə bu müqaviləyə əsasən “Borcverən” müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətdə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə Cavabdeh və zamini Zamin ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, borcalan və zamini tərəfindən kredit borclunun və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün borclu Cavabdeh bu bildirişdən sonra yenidən vaxt almış. Bu barədə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra bir neçə dəfə kiçik məbləğlərlə pul ödənilmişdir. Daha sonra fasilələr yaranmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 58№-li bildirişlə Cavabdeh və 59№-li bildirişlə Zamin rəsmi xəbardarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 13 (on üç) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılmasını təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Zamin heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02667-1977-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Kredit İttifaqı MMC tərəfindən 36% olmaqla 12 ay ərzində qaytarmaq şərti ilə 8270 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02667-1977-01Z saylı zaminlik müqaviləsindən görünür ki, Zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşlər. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli 02667-1977-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8270 manat məbləğində kredit götürmüşdür. 17 oktyabr 2024-cü il tarixə 3455,76 (üç min dörd yüz əlli beş) manat 76 qəpik) manat, cəmi 3455,76 (üç min dörd yüz əlli beş) manat 76 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, kreditor "xxxx" kredit İttifaqı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il il tarixli 02667-1977-01 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 36% ödəmək şərtilə 8270 manat məbləğində kredit limiti ayrılmışdır və "xxxx" Kredit İttifaqı MMC həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023cü il il tarixdə borclu Cavabdeh kredit xətti daxilində xx.xx.2023-cü il il tarixli 029№-li məxaric orderi ilə 8270 manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Zamin xx.xx.2023-cü il il tarixli 02667-1977-01Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmişöhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görəöhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isəöhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeydolunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə iləayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki,mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbini müzakirə edərkən, məhkəmə aşağıdakı qənaətə gəlir. Beləki, iddiaçı öz tələbində cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 33455,76 (üç min dörd yüz əlli beş) manat yetmiş altı qəpik) manat kredit borcunun tutulmasını xahiş etmişdir və məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə əsas borcunun tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmışöhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3455,76 (üç min dörd yüz əlli beş) manat yetmiş altı qəpik) manat pul və 54 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 3455,76 (üç min dörd yüz əlli beş) manat yetmiş altı qəpik) manat, məbləğində pul və dövlət rüsumuna görə 54 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar