Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2618/2022 03.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi: Nümayəndə Mirzaağa oğlunun iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 5138,8 manat məbləğində əsas borcun, 766,19 manat məbləğində faiz borcun, 1,17 manat cərimə borcunun ümumilikdə cəmi 5906,16 manat məbləğində borcun və 79,47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, Unibank KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21 saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədi üçün 60 ay müddətinə, illik 20 faiz hesablanmaqla 5139 manat istehlak krediti verilmişdir. Cavabdeh krediti ödəməyi öhdəsinə götürsə də, ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Mirzaağa oğlu izahatında göstərdi ki, iddianı müdafiə edir. Cavabdehə 60 ay müddətinə 5139 manat istehlak krediti verilmişdir, lakin cavabdeh müqavilə şərtlərini pozmuşdur. Cavabdeh hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Müqavilənin şərtlərini ilk gündən pozmuşdur. 5906,16 manat məbləğində borcun və 79,47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsininə görə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmdə elan edilərək araşdırılmış "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədi üçün 60 ay müddətinə, illik 20 faiz hesablanmaqla 5139 manat istehlak krediti verilmişdir. İş materiallarında olan və məhkəmdə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, 3674nkİNSH/21 saylı kredit müqaviləsi bağlanmış və bu kredit müqaviləsinə görə onun banka 5138,8 manat məbləğində əsas borcu, 766,19 manat məbləğində faiz borcu, 1,17 manat cərimə borcu ümumilikdə cəmi 5906,16 manat məbləğində borcu vardır. İş materiallarında olan və məhkəmdə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında qeydiyatda olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədi üçün 60 ay müddətinə, illik 20 faiz hesablanmaqla 5139 manat istehlak krediti verilmiş və bu müqavilə üzrə onun banka 5138,8 manat məbləğində əsas borcu, 766,19 manat məbləğində faiz borcu, 1,17 manat cərimə borcu ümumilikdə cəmi 5906,16 manat məbləğində borcu vardır. İş materiallarında olan və məhkəmdə elan edilərək araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət üçün 79,07 manat və 0,4 manat xidmət haqı ümumilikdə 79,47 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmdə elan edilərək araşdırılmış "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci xəbərdarlıq bildirişindən görünür ki, ona 3 iş günü müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21 kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı təşkilat tərəfindən illik faiz dərəcəsi 20 % olmaqla 60 ay müddətinə 5139,0 manat məbləğində istehlak məqsədi üçün kredit verilmişdir. Lakin, cavabdeh müqaviləni lazımınca icra etməmiş, Banka kredit müqaviləsi üzrə 5138,8 manat məbləğində əsas borcu, 766,19 manat məbləğində faiz borcu, 1,17 manat cərimə borcu ümumilikdə cəmi 5906,16 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasib olaraq cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, iddia təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli, 3674nkİNSH/21saylı kredit müqaviləsi üzrə 5138,8 manat məbləğində əsas borcu, 766,19 manat məbləğində faiz borcu, 1,17 manat cərimə borcu ümumilikdə cəmi 5906,16 manat məbləğində borcu və 79,47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5138,8 manat məbləğində əsas borcu, 766,19 manat məbləğində faiz borcu, 1,17 manat cərimə borcu ümumilikdə cəmi 5906,16 manat məbləğində borcu və 79,47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2618/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2618/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver