Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-262/2025 17.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, iddiaçı AtaSığorta ASC-nin Cavabdeh Mirsahib oğluna qarşı “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AtaSığorta ASC-nin Cavabdeh Mirsahib oğluna “mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2040,00 (iki min qırx) manat sığorta ödənişi məbləğinin və 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 2080,40 (iki min səksən manat qırx qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X7” markalı, 77FD927 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə “X7” markalı, 77FD927 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Suraxanı rayonu ərazisində yol- nəqliyyat hadisəsi törətmiş və “Kia Rio” markalı, 77EG289 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2040,00 (iki min qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Suraxanı RPİ DYPB-dən ünvanımıza inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Suraxanı RPİ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X7” markalı, 77FD927 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı (“B” kateqoriyası olmadan) müəyyən olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh qeydiyyat yeri olan ünvan 2 ünvanına bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X1 bank hesabına 2040 manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh ödənilmiş 2040 manat sığorta ödənişi subroqasiya qaydasında geri tələb edilmişdir. İş materiallarında olan Suraxanı rayon DYPŞ-də tərtib edilmiş TP5567012 saylı xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati cərimə inzibati tənbeh tədbiri görülmüşdür. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77FD927 dövlət qeydiyyat nişanlı “X7 906 KA YÜK” markalı avtomobilin mülkiyyətçisiHüseynov Tural Mirzəhüseyn oğludur. İş materiallarında olan 476701 nömrəli etibarnamədən görünür ki, KİA RİO MİNİK markalı nəqliyyat vasitəsi ümumi etirbanəmə ilə X2 etibar edilmişdir. İş materiallarında olan 423406 nömrəli yol vərəqəsindən görünür ki, “İlkin-92” firması tərəfindən 77FD927 dövlət qeydiyyat nişanlı “X7” markalı yük avtomobili daşıma xidməti üçün Cavabdeh verilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlatı barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində 77FD927 dövlət qeydiyyat nişanlı “X7 906 KA YÜK” markalı avtomobilin sürücüsü Cavabdeh təqsirli hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsinə əsasən X7” markalı, 77FD927 dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta olunmuşdur. İş materiallarında olan sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxs X3r və dəymiş zərər 2040 manat müəyyən edilmişdir. Yekun sığorta ödənişi olan 2040 manat pulu hesaba köçürmə üsuli ilə X4 alacadır. İş materiallarında olan hesablama aktından görünür ki, X2 məxsus Kia Rio” markalı, 77EG289 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığortaçı tərəfindən 2040 manat sığorta ödənişi müəyyən edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh AE422818 seriyalı C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən: 883.1-ci maddəsində əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsində əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 936.1-ci maddəsində əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. 936.2-ci maddəsində əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsində əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsində əsasən (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun müvafiq maddələrinə əsasən: 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Bu qanunun 25.1.3-ci maddəsində əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mirsahib oğlundan 2040,00 (iki min qırx) manat sığorta ödənişi və 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 2080,40 (iki min səksən manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı AtaSığorta ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-262/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-262/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver