Məhkəmə qərarları › İş №e-2(049)-264/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-264/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-264/2023 20.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038.25 manat məbləğində kredit borcu, 39.07 manat məbləğində faiz borcu və 2432.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun, tərəfimizdən ödənilmiş 105.1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik borcun, tərəfimizdən ödənilmiş 105.1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumimüştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması,əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 008L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 400000 (dörd yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 9346.7 (doqquz min üç yüz qırx altı) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3308.45 manat ödəmiş, onun 6038.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış faiz borcu 39.07 manat təşkiledir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış cərimə 2432.35 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan və zamin Cavabdeh2 və Bank arasında bağlanılmış xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* çıxarışla Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxiledilməklə tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən poteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmışxx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038.25 manat məbləğində kredit borcu, 39.07 manat məbləğində faiz borcu və 2432.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun, tərəfimizdən ödənilmiş 105.1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik borcun, tərəfimizdən ödənilmiş 105.1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumimüştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması,əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı QSC məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038.25 manat məbləğində kredit borcu, 39.07 manat məbləğində faiz borcu və 2432.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun, tərəfimizdən ödənilmiş 105.1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik borcun, tərəfimizdən ödənilmiş 105.1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması,əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin 05 dekabr 2023-cü il tarixli iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddia tələbini tam şəkildə qəbul etdiyini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2014-cü il tarixli 008L**********77 №-li uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə 400000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh2 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9346.7 (doqquz min üç yüz qırx altı) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli kreditin verilməsi barədə köçürmədən görünür ki, bank tərəfindən Cavabdeh2 9346.7 (doqquz min üç yüz qırx altı) manat məbləğində nağd pul verilimşdir. xx.xx.2019-cu il tarixli 08R********** saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 60 ay müddətində xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 008S**********01 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 008S**********02 №-li zaminlik müqaviləsindən görünür ki, Baxşıyeva Məryəm Orucəli qızı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 008M**********01 №-li ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli 008L**********77 №-li uzunmüddətli kredit müqaviləsində göstərilən öhdəliklərin təminatı kimi Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Xəbərdarlıq məktublarının surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun ödənilməsi təklif olunmuşdur. 18 may 2019-cu il tarixli, MH seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ-ından görünür ki, Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 133.3 kv.m yaşayış, 176.5 kv.m köməkçi sahədən ibarət 49 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Baxşıyeva Məryəm Orucəli qızının adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli ÇİXARİŞ-ın surətindən görünür ki, hüquqi yüklü edilən şəxs Baxşıyeva Məryəm Orucəli qızına məxsus yüklü edilən əmlak – Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0.05 ha torpaq sahəsi ilə birlikdə 49 a nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli 008L**********77 №-li uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən başlayaraq 120 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lənkəran ŞİHB Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından görünür ki, Baxşıyeva X3 şəhəri, M.Kələntərli küçəsi, 49 a saylı evdə qeydiyyatdadır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka qoyan Baxşıyeva Məryəm orucəli qızına xx.xx.2014-cü il tarixli 008L**********77 №-li uzunmüddətli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan Lənkəran şəhəri, Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0.05 ha torpaq sahəsi ilə birlikdə 49 a nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka qoyan Baxşıyeva Məryəm Orucəli qızına xx.xx.2014-cü il tarixli 008L**********77 №-li uzunmüddətli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində 0.05 ha torpaq sahəsi ilə birlikdə 49 a nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə bildiriş ipoteka qoyana göndərilmiş və bu bildiriş 04 oktyabr 2022-ci il tarixdə qeydə alınmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** №-li kredit razılaşması üzrə 6038.25 manat məbləğində əsas borc, 39.07 manat məbləğində faiz borcu və 2432.35 manat məbləğində cərimə borcu, cəmi 8509.67 manat məbləğində kredit borcu hesablanmışdır. 08 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Lənkəran rayonun Nərimanabad qəsəbəsində doğulmuş Qəribov X1 rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatdadır. AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1973cü il tarixdə Lənkəran rayonun Nərimanabad qəsəbəsində doğulmuş Qəribov X1 rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatdadır. AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Baxşıyeva Məryəm Orucəli qızı xx xxxxx 1952-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş və hal-hazırda ünvan 1 ünvanda qeydiyyatdadır. 17 avqust 2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1976-cı il tarixdə Lənkəran rayonun Nərimanabad qəsəbəsində anadan olmuş və hal-hazırda Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatdadır. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 15 manat xidmət haqqı ödənilmişdir. 14 oktyabr 2022-ci il tarixli hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 105.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2014-cü il tarixli 008M**********01 №-li ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 30591 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 008L**********77 №-li uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 400000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9346.7 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3308.45 manat ödəmiş, onun 6038.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış faiz borcu 39.07 manat təşkiledir. Kredit razılaşmasının 4.2.2ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış cərimə 2432.35 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan və zamin Cavabdeh3 və Bank arasında bağlanılmış xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* çıxarışla Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İşin göstərilən halları cavabdehlərin izahatları və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış kredit, ipoteka və zaminlik müqavilələrindən əmələ gəlmiş, cavabdehlər iddiaçı qarşısında götürdükləri öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər X2 və Cavabdeh1 İddiaçı QSC qarşısında borclu Cavabdeh2 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038.25 manat məbləğində kredit borcu, 39.07 manat məbləğində faiz borcu və 2432.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borc, iddiaçı tərəfindən ödənilmiş 105.1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməli, tələbin Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik borcun, iddiaçı tərəfindən ödənilmiş 105.1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməli, ipoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 30591 manat məbləğində müəyyən edilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumimüştərək qaydada tutulmalı, Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququ itirilməli, o, həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kredit razılaşması üzrə 6038.25 manat məbləğində kredit borcu, 39.07 manat məbləğində faiz borcu və 2432.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində borc, iddiaçı tərəfindən ödənilmiş 105.1 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilsin. Tələb Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 8509 (səkkiz min beş yüz doqquz) manat 67 (altmış yeddi) qəpik borcun, iddiaçı tərəfindən ödənilmiş 105.1 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilsin. İpoteka predmeti olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 49a nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 30591 manat məbləğində müəyyən edilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumimüştərək qaydada tutulsun. Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, Mütəllim Kələntərli küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 49a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 istifadə hüququ itirilmiş hesab edilsin, o, həmin evdən çıxarılsın, əmlak boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar