Məhkəmə qərarları › İş №e-2(049)-266/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-266/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-266/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC « kredit müqaviləsi üzrə borc » tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqviləsinin ləğv edilməsi, Cavabdeh Access Bank QSC-nin xeyrinə 1599.96 manatn məbləğində kredit borcu, 24.19 manat məbləğində faiz borcu və 915.64 manat cərimə olmaqla ümümilikdə cəmi 2539.23 manat məbləğində borcun və ödənilmiş 45.4 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx"QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 008A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 sayla əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1631.5 manat məbləğində kredit götürmüşdür. Cavavabdeh xx.xx.2020-ci il tarixdə aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit müqaviləsinin 4.2.3-cü maddəsinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 716 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 915.64 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, əlavə sübutlarının olmadığını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək iddianın qəbul etdiyini, cərimə məbləğinin isə silinməsini xahiş etmişdir. Cavabdeh izahatında göstəriklərini ərizəsində qeyd etmiş, ərizə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2019ci il tarixli, 008A********** saylı kredit müqaviləsindən görünür ki,İddiaçıQSC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 0.833% faiz ödəmək şərtilə 1631.5 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh aylıq manat aylıq ödəniş etmək şərti ilə, 60 ay müddətinə, illik 0.833% faiz olmaqla 1631.5 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə AccessBank QSC-yə 1599.96 AZN əsas məbləğ üzrə borc, 24.19 AZN faiz borcu və 915.64 manat cərimə borcu olmaqla ümumilikdə 2539.79 AZN borcu yaranmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, xəbərdarlıq məktubundan görünür ki, X2 öhdəlikəri yerinə yertirilməsi və gecikmiş məbləğinin ödənilməsi xahiş olunmuş və kredit müqaviləsinin şərtlərinə gömüvafiq tədbirlərin görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 45.4 manat manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 421.2-ci maddəsinin tələbinə görətərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, cavabdeh iddiaçıdan istehlak məqsədi ilə 1631.5 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyin icrasından boyun qaçırmışdır. Eyni zamanda caavbdehə göndərilmiş bildirişdən də görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehə müqavilə üzrə gecikmə olduğunu və bu məbləğin ödənilməsini xahiş etmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunvericilik dəbbə pulunun azaldılmasını müəyyən etmişdir. Məhkəmə, cavabdehin maddi vəziyyətini eləcə də cərimə məbləğinin 915.64 manat olmaqla əsas məbləğ olan 1599.96 manatın təxminən 57 faizinin təşkil etməsini və bu dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalıdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş cavabdehi, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Vavabdeh Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008A********** saylı kredit müqviləsinin ləğv edilsin. Cavabdeh 1599.96 AZN əsas, 24.19 AZN faiz 160 cərimə borcu olmaqla ümumilikdə 1784.15 AZN borc pul vəsatinin və 45.4 AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar