Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2710/2024 03.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 408.72 AZN əsas kredit borcu və 58.21 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 466.93 AZN və 30 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, 04 avqust 2022-ci il tarixli Kredit Razılaşma müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2024-ci il tarixədək illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2000 AZN məbləğində nağd pulşəklində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 12FİZAM130305903 və 12FİZAM130306003 saylı xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 04 avqust 2022-ci il tarixli Kredit Razılaşma müqaviləsinin 24 oktyabr 2023-ci il tarixli 12241***-*******01R nömrəli restrukturizasiyasına dair, 04 avqust 2022-ci il tarixli Kredit Razılaşmanın 2-ci bəndinə əsasən, 24 oktyabr 2023ci il tarixli 12241***-*******01R nömrəli restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh1 həmin kredit üzrə 411.36 AZN məbləğdə əsas borcu və 0 AZN məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən, bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 22 faiz və kreditin son icra müddəti xx.xx.2024-ci ilmüəyyən olunur. Kreditin müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cı il tarixə İddiaçı ASC-nə 408.72 AZN əsas kredit borcu və 58.21 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla,cəmi 466.93 AZN borcu qalmaqdadır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12040***-*******01 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə 15 ay müddətinə illik 22% ödəmək şərti ilə 2000 AZN məbləğində kredit resturukturizasiya edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 12FİZAM130305903 və 12FİZAM130306003 saylı xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 zamin kimi 12040***-*******01 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin borclu Cavabdeh1 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə 79.35 AZN məbləğində hesablanmış əsas borcu və 85.39 AZN faiz borcu olmaqla, cəmi 411.36 AZN banka qaytarmalı idi. Maliyyə arayışından görünür ki, Cavabdeh1 408.72 AZN əsas kredit borcu və 58.21 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 466.93 manat məbləğində borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 408.72 AZN əsas kredit borcu və 58.21 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 466.93 AZN borc və ödənilmiş 30 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-2710/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2710/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver