Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2763/2022 15.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin oğlu, iddiaçı “Bank Standard” X7 Kommersiya Bankının nümayəndəsi: X5, cavabdehlər: Cavabdeh1, X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Bank Standard” X7 Kommersiya Bankının cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Bank Standard” X7 Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada 1844,27 manat məbləğində əsas borcun, 1945,52 manat məbləğində faiz borcun, 686,35 manat cərimə borcun, 232,44 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə cəmi 4708,58 manat məbləğində borcun və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, “Bank Standard” X7 Kommersiya Bankınən hesabına ödənilməsi tələbini irəli sürmüşdür. İddia onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/79356/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. 1xx/xx/79356/14 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə sazişə əsasən kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2019-cu il, cərimə məbləği (gündəlik faiz dərəcəsi) 1 (bir)% müəyyən edilmiş və kredit müqaviləsinin 9-cu bəndi (Fors major hallar) çıxarılmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra – Zamin) xx.xx.2014-cü il tarixli 1xx/xx/79356/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3(bundan sonra – Zamin) xx.xx.2014-cü il tarixli 1xx/xx/79356/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 1xx/xx/79356/14 saylı zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə sazişə müvafiq olaraq borc alana verilən 3000 (üç) min manat məbləğində xx.xx.2019-cu il tarixədək verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Zaminlər Borc alanın öhtəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Lakin Cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehlərin Banka 1844.27 ( min səkkiz yüz qırx dörd, 27) manat məbləğində əsas borc, 1945.52 (min doqquz yüz qırx beş, 52) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 686.35 (altı yüz səksən altı, 35) manat cərimə borcu, 232.44 (iki yüz otuz iki, 44) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 4708.58 (dörd min yeddi yüz səkkiz, 58) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edib tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabeh X2 iddianı tam qəbul edərək maddi vəziyyətinin pis olduğunu, ərinin ruhi xəstəlikdən əziyyət çəkdiyini, digər kredit borclarının olduğunu, eləcə də bank bağlandığına görə ödənişlər edə bilmədiyini bildirib, iddianın təmin edilməsinə etirazı olmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh1 iddianı tam qəbul edərək bildirdi ki, onun özünün də hazırkı banka ayrıca krediti olduğu üçün həmin krediti ödəmişdir. Zamin olduğu hazırkı müqavilə üzrə Miryaduq Qədirovanın ödəniş etiyini fikirləşmişdir. İddianın təmin edilməsini etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh3 iddianı tam qəbul edərək bildirdi ki, onun özünün də hazırkı banka ayrıca krediti olduğu üçün həmin krediti ödəmişdir. Zamin olduğu hazırkı müqavilə üzrə Miryaduq Qədirovanın ödəniş etiyini fikirləşmişdir. İddianın təmin edilməsini etirazı yoxdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış müqavilədən görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/79356/14 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/79356/14 saylı zaminlik müqavilələrindən dən görünür ki, Bank Standard LPO KB ilə Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və onlar Cavabdeh2 ilə Bank Standart arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/79356/14 saylı kredit müqavilə üzrə zamin kimi öhdəlik götürmüşlər. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 68 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Bank Standard LPO KB-nin Cavabdeh1, X1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci xəbərdarlıq bildirişlərindən görünür ki, ona 3 gün müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehlərin etirafedici izahatından müəyyən olunur ki, Cavabdeh2 iddiaçıdan istehlak məqsədi ilə 3000 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamış, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh3 zamin kimi öhdəliyi üzərinə götürmüş, qeyd olunan məbləğ iddiaçı tərəfindən Cavabdeh2 verilsə də, cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək öhdəliyin icrasından boyun qaçırmışdır. Eyni zamanda cavabdehlərə göndərilmiş bildirişdən də görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən təxminən 5 ay əvvəl cavabdehlərin hər birinə müqavilə üzrə gecikmə olduğunu və bu məbləğin ödənilməsini xahiş etmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanunvericilik dəbbə pulunun azaldılmasını müəyyən etmişdir. Məhkəmə, cavabdehlərin maddi vəziyyətini eləcə də cərimə məbləğinin 688.35 manat olmaqla əsas məbləğ olan 1844.27 manatın təxminən 38 faizinin təşkil etməsini və bu dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasını, kreditorun artıq ləğv edilməsi prosesində olmasını nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalıdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehlərin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavadehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1844.27 manat əsas borc, 1945.52 manat faiz borcu, 184 manat cərimə borcu, 232.44 manat gecikdirilmiş faiz məbləği, ümumilikdə 4206.23 manat borc və 68 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2763/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2763/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver