Məhkəmə qərarları › İş №e-2(049)-2783/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2783/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2783/2025 10.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma, özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşı «torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma, özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, məhkəmə iddia ərizəsi üzrə şəxsiyyətin müəyyənləşdirdikən sonra AZEMİS elektron məhkəmə informasiya sistemi üzərindən verilmiş şəxsin fərdi məlumatlarına dair sorğuya əsasən çıxarışdan görünür ki, Cavabdeh5 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Göründüyü kimi cavabdeh şəxs iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən 8 il əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri tam şəkildə yerinə yetirilmədən iddiaçı tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırılmışıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə iddiaçı məhkəməyə maraciət etmək üçün müvafiq olaraq 100 manat dövlət rüsumu ödəmişdir. AR MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. AR MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. AR MPM-in 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma, özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ərizəsi geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı QSC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar