Məhkəmə qərarları › İş №e-2(049)-2790/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2790/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2790/2023 27.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 560 manat əsas məbləğin və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 446 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi, Hyundai Elantra markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək günlük 50 manat ödəmək şərtiylə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən irəli gələn öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində nəqliyyat vasitəsi təhvil verilmədən yol kənarına atılmışdır. İddiaçı MMC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman nəqliyyat vasitəsində əzik–sökükülər olduğu aşkarlanmışdır. Mütəxəssislər tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər 560 manat məbləğində qiymətləndirilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət etsələrdə, cavabdeh hər dəfəsində borcun ödənilməsində yayınmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və İddiaçı MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı MMC Cavabdeh 560 manat əsas məbləğin və 30 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş icarə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 446 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin təminatı kimi, Hyundai Elantra markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək günlük 50 manat ödəmək şərtiylə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən icarəçi Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 446 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan icarəçi Cavabdeh 560 manat borcu yaranması barədə xəbərdarlıq məktubu getmiş və 7 gün ərzində təmin olunması ilə bağlı vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş zərər aktında görünür ki, Hyundai Elantra markalı, **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri zamanı İddiaçı MMC tərəfindən 440 manat rəngsaz və 120 manat dəmirçi işinə sərf olunmuşdur. Dəymiş zərər barədə iş materiallarında olan foto şəkillərdə əks olunmuşdur. Məhkəmə iddia tələbinin 560 manat icarə haqqı tələbi ilə bağlı qeyd edir ki, tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd olunan hüquq normasının tələbi baxmından 560 manat məbləğində pul cavadeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, qeyd olunan tələbin qanuni əsasını Mülki Məcəllənin 701.2 və 705-ci maddələri təşkil edir. Belə ki, Mülki Məcəllənin 701.2-ci maddəsinə görə əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Qeyd olunan hüuq normalarının tələbi baxımından məhkəmə hesab edir ki, vurmuş olduğu 560 manat ziyana görə də cavabdeh, yəin icarəçi məsuliyyət daşıyır. Belə ki, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 137.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia əsaslı olduğuna görə təmin edilməli, ödənilməmiş icarə haqqına görə 560 manat əsas məbləğ və 30 manat Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 560 manat əsas məbləğ və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar