Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2819/2024 03.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbvdül oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit və s. tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 4015.57 manat əsas, 894.3 manat faiz, 312.04 manat cərimə olmaqla, cəmi 5221.91 manat borcun və 74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, lakin, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddialarını müdafiə etdiklərini göstərib, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə ilə telefon əlaqəsi saxlayaraq Bakı şəhəri Xəzər rayonunda qeydiyyatda olduğunu bilkdirib, mülki işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə mülki işi nəzərdən keçirərək, hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər, Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışındfan görünür ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1ikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32, 35, 36, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC-nin Cavabdeh qarşı kredit və s. tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər, Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti tərəflərə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(049)-2819/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2819/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver