Məhkəmə qərarları › İş №e-2(049)-2836/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2836/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2836/2023 16.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında 16 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair mabahisələr üzrə iddia ərizəsi verərək, Cavabdeh 1248.14 manat əsas, 15.52 manat faiz olmaqla cəmi 1263.66 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.04 manat "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1406rstLKN/19 saylı Güzəştli Kredit və X3 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1510.10 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Müqavilənin 1.6-cı bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin “Müştəri” tərəfindən “Banka” qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılşadırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. Kredit Müqaviləsinin 3.1-ci bəndinə əsasən “Müştəri” bu müavilə ilə müəyyənləşdirilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq “Bank” “Müştəri”yə qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 0.02 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixinə1248,14 AZN əsas, 15,52 AZN faiz, cəmi 1263,66 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sadalanları nəzərə alaraq cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1248.14 AZN əsas, 15.52 AZN faiz, cəmi 1263.66 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.04 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1.-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş və cavabdehə iddia ərizəsinə etirazını bildirmək, həmin etirazı təsdiq edən sənədləri məhkəməyə təqdim etmək hüquqları qeyd olunmuşdur. Cavabdeh iddiaya qarşı etraz etməklə işin iddia icraatına keçirilməsini Lənkəran Rayon Məhkəməsindən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3018/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilərək məhkəmənin hazırlıq iclası 18 sentyabr 2023-cü il tarixinə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh X5a etiraz etmiş, işə başqa hakim tərəfindən baxılmasını tələb etmiş, lakin məhkəmənin 2(049)-2836/2023 saylı qərardadı ilə verilmiş etiraz baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında Cavabdeh "xxxx" ASC-nin ona qarşı borc tələbinə dair mülki iş üzrə iddiasını qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, əvvəl iddiaya qarşı qarşılıqlı iddia ərizəsi vermək istəmiş, lakin bunun üçün dövlət rusumu ödəməli olduğundan iddiaya qarşı etiraz ərizəsi yazaraq həmin etiraza məlumat üçün qarşlıqlı iddiasını da əlavə etmişdir. Restruktrizasiya ilə bağlı onu Banka çagırmışlar və orada, 2-ci mərtəbədə bir əməkdaşla söhbət aparmış, müqaviləni imzalasa da, həmin əməkdaş onu aldatmışdır. Buna görə də, heç bir digər bankdan kredit ala bilmir. Banka qarşı iddia qaldırmaq məqsədilə məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Qarşılıqlı iddiaya görə elə bilmişdir ki, 100 manat dövlət rüsumu ödəməlidir. Rüsumun 30 manat olduğunu bilsəydi, qarşılıqlı iddia verərədi. Bankla 2019-cu ildən heç bir əlaqəsi qalmamışdır. Buna görə də Bank 03 illik iddia müddətini ötürmüşdür. Məhkəmədən işin ya baxılmamış saxlanılması və ya xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş sübutlar: "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1406rstLKN/19 saylı Güzəştli Kredit və X3 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1510.10 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Qeyd olunan müqavilənin 1.4-ci maddəsinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 1406rstLKN/19 saylı kredit müqaviləsinə əsasən 1248.14 manat əsas, 15.52 manat faiz, cəmi 1263.66 manat borcu vardır. xx.xx.2023-cü il tarixli bildirşdən görünür ki, borclu Cavabdeh mübahisənin məhkəmədənkənar həlli üçün məlumat verilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 33.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı "xxxx" KB ASC ilə borclu X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1406rstLKN/19 saylı Güzəştli Kredit və X3 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1510.10 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlik yerinə yetirilməmiş və banka olan borc qaytarılmamışdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı göstərdiyinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd olunan Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 05 il müddətə kredit müqaviləsi bağlanmış, cavabdeh həmin kredt müqaviləsi üzrə borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Yəni iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdən sonra başlanılacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ümumiyyətlə ötürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli 1406rstLKN/19 saylı Güzəştli Kredit və X3 əsasən 1248.14 manat əsas, 15.52 manat faiz, olmaqla ümumilikdə 1263.66 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 33.04 manat dövlət rüsum cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 1406rstLKN/19 saylı Güzəştli Kredit və X3 əsasən 1248.14 manat əsas, 15.52 manat faiz, olmaqla ümumilikdə 1263.66 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçının dövlət rusumu olaraq ödədiyi 33.04 manat cavabdehə aid edilsin və ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar