Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-287/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli 32020***-*******01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 vəCavabdeh2 müştərək qaydada 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20601.6 manat məbləğində kredot borcu və 151.81 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli 32020***- *******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 18 % olmaqla 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixlui zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 İddiaçı ASC-yə 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20610.6 manat məbləğində kredot borcu qalmaqdadır. Borclulara dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq onlar müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişlər. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20610.6 manat məbləğində kredot borcu və 151.81 manat ödənilmiş dövlət rüsumunun İddiaçı АSC-nin xeyrin tutulması barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20601.6 manat məbləğində kredot borcu və 151.81 manat ödənilmiş dövlət rüsumunun İddiaçı АSC-nin xeyrin tutulması barədə qətnamə çıxarılması xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli 32020***-*******01 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən illik 18 faiz dərəcəsi tətbiq edilməklə 36 ay ərzində qaytarmaq şərti ilə 25000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli 32020***-*******01 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh2 36 ay müddətində hər ay 904.03 manat, sonuncu ay 904.12 manat olmaqla xx.xx.2021-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli 32FİZAM105249502 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclu kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli, CHWL**********55085245 saylı kassa m\xaric orderinin surətindən görünür ki, Cavabdeh2 02 mart 2021-ci il tarixdə İddiaçı ASC-dən 25000 manat pulu orderə imza atmaqla qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20601.6 manat kredit borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki,Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 151.81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1989-cu ildə doğulmuşdur və o, Lənkəran rayon Tütəpeştə kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı ildə doğulmuşdur və o, Bakı şəhər, Ş/DRES qəz, L.Starçuk küç, Yataqxana 15, m.15 ünvanda qeydiyyatdadır. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək və tərəflərin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 32020***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 18 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə ilə 25000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20601.6 manat kredit borcu yaranmışdır. İşin göstərilən halları iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Göründüyü kimi,öhdəliklər tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən əmələ gəlmiş, cavabdehlər iddiaçı qarşısında götürdükləri öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 4151.81.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 4151.81.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, bununla da iddia tələbinin qanuni əsası yarandığından iddia tələbi təmin edilməli və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32020***-*******01 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada əsas kredit borcu üzrə 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20601.6 manat və ödənilmiş 151.81 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32020***- *******01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas kredit borcu üzrə 19152.16 manat məbləğində əsas kredit borcu, 1414,11 manat məbləğində faiz borcu və 35.33 manat məbləğində cərimə olmaqla, cəmi 20601.6 manat və ödənilmiş 151.81 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-287/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-287/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver