Məhkəmə qərarları › İş №e-2(049)-287/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-287/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-287/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 06 dekabr 2019-cu il tarixli, RBNPU- 5838 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1020,29 AZN, faiz borcuna görə 14,95 AZN olmaqla, cəmi 1035,24 AZN və 17 iyul 2020-ci il tarixli, RBNPU-6672 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 776,32 AZN, faiz borcuna görə 8,97 AZN, cərimə borcuna görə 7,8 AZN, cəmi 793,09 AZN olmaqla, ümumilikdə 1828,33 AZN məbləğində pulun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı ASC-nin Mərkəz filialı ilə borclu X4 arasında bağlanmış 06 Dekabr 2019-cu il tarixli, RBNPU-5838 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 3000 manat məbləği limitində cavabdehə kredit xətti açılmışdır. İddiaçı - İddiaçı ASC-nin Mərkəz filialı ilə borclu Məmmədov T ərlan İskəndər oğlu arasında bağlanmışl 7 iyul 2020-cu il tarixli, RBNPU-6672 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 18 ay müddətinə 1700 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 06 Dekabr 2019-cu il tarixli, RBNPU-5838 saylı və 17 iyul 2020-cu il tarixli, RBNPU- 6672 saylı kredit müqavilələrinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 6 Dekabr 2019-cu il tarixli, RBNPU-5838 saylı kredit müqaviləs üzrə borcun məbləği əsas borcuna görə 1020,29 AZN, faiz borcuna görə 14,95 AZN olmaqla, cəmi 1035,24 AZN təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən 17 İyul 2020-cu il tarixli, RBNPU- 6672 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 776,32 AZN, faiz borcuna görə 8,97 AZN, cərimə borcuna görə 7,8 AZN, cəmi 793,09 AZN təşkil edir. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən, X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X2 xx.xx.2021-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 06 Dekabr 2019-cu il tarixli, RBNPU-5838 saylı və 17 İyul 2020-cu il tarixli, RBNPU-667saylı kredit müqavilələrinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Lənkəran Rayon 1 saylı notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə xx.xx.2022-ci il tarixli 98 nömrəli reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin “Elektron notariat” X1 Çıxarışın surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixli 98 nömrəli reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin “Elektron notariat” X1 Çıxarışa əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdur. Bu səbəbdən 6 Dekabr 2019-cu il tarixli, RBNPU-5838 saylı və 17 iyul 2020-cu il tarixli, RBNPU-667saylı kredit müqavilələri üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsəsi - Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişdir ki, Tərlan Məmmədov onun oğludur və xx.xx.2021-ci ildə vəfat etmişdir. Oğlu ali təhsil almış, hərbi xidmət keçmiş və müsabiqə yolu ilə Dövlət Statistika Komitəsində işə qəbul edilmişdir. Lakin mərhum cavan yaşında ağır xəstəliyə tutulmuş uzun müddət İran İR, Türkiyyə Respublikasında müalicələr almışdır. Eləcə də Azərbaycan Respublikasında müvafiq müalicələr almışdır. Oğlunun sağalması üçün digər oğlunun və qızının evləri satılmış, maddi cəhətdən bütün mal-mülkünü oğlu üçün xərcləmişdir. Tərlan xərçəng xəstəliyindən əziyyət çəkmiş, əməliyyat olunmuş, şüa terapiyalar almışdır. Oğlunun götürdüyü kredit pullar da onun müalicəsi, dərmanların alınması üçün xərclənmişdir. Oğlu Statistika komiəsində cəmi iki il işləmiş, onun bir ilini də işə gedə bilməmişdir. Yəni faktiki olaraq oğlundan ona hər hansı əmlak qalmamışdır, əksinə o bütün əmlaklarını satıb oğlunun müalicəsinə xərcləmişdir. Oğluna xəstəliyi ilə əlaqədar 2-ci qrup əlillik verilmiş, birinci dəfə pulu mərhum özü almış, lakin ikinci dəfə isə oğlu vəfat etdiyindən qanun üzrə vərəsə kimi təqaüdü o özü almışdır. Həmin məbləğ isə 284 manat olmuşdur. İddia tələbini qəbul etmir. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, X3 istehlak məqsədləri üçün illik 23% ödəmək şərtilə 24 ay müddətinə 3000 manat məbləğdə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, X3 istehlak məqsədləri üçün illik 18% ödəmək şərtilə 18 ay müddətinə 1700 manat məbləğdə kredit limiti ayrılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə 1020,29 AZN əsas, 14,95 AZN faiz borcu olmaqla, cəmi 1035,24 AZN borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 776,32 AZN əsas, 8,97 AZN əsas, 7,8 AZN cərimə borcu olmaqla cəmi 793,09 AZN borcu vardır. Ölüm haqqında AZ-İİ № 179302 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə bronxların və ağ ciyərin bədxassəli yenitörəməsindən ölmüşdür. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistem çıxarışından görünür ki, ölmüş şəxs (miras qoyan) X2 miras əmlakı AR ƏƏSMN tabeliyində DSMF Mərkəzi Filialı tərəfindən verilmiş arayışa əsasən 284 manat 23 qəpikdir. Həmin çıxarışa əsasən Miras qoyan Tərlan Məmmədovun qanun üzrə vərəsəsi Cavabdehdur. Xəstəlik tarixindən çıxarışdan (xx.xx.2019) görünür ki, X4 C 37 Timoma B2 tip. Cərrahi əməliyyat və şüa müalicəsindən sonrakı vəziyyət (2014), Residiv. Mediastinal limfa düyünlərinə metastaz. pTxN2M1 (PLE), İV mərhələ diaqnozlu xəstəlikdən əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC cavabdeh X3 xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 23% ödəmək şərtilə 24 ay müddətinə 3000 manat məbləğdə, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 18% ödəmək şərtilə 18 ay müddətinə 1700 manat məbləğdə kredit pul vermişdir. X6 həmin kredit müqavilələri üzrə əksər ödənişləri etdikdən sonra xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bundan sonra Cavabdeh mərhum Tərlan Məmmədovun qanuni vərəsəsi kimi tanımış və ona miras miras əmlak kimi 284 manat 23 qəpik pul verilmişdir. Göründüyü kimi, öhdəliklər iddiaçı və mərhum X4 arasında bağlanmış müqavilədən əmələ gəlmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-nin 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 aprel 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh məsuliyyəti KM-in yuxarıda qeyd edilən qərarındakı miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır qaydası ilə həll edilməlidir. Belə ki, Cavabdeh mərhum Tərlan Məmmədovdan miras əmlak kütləsi kimi yalnız 284 manat 23 qəpik pul vəsaiti qalmışdır. İddiaçı tərəfindən bunun əksini göstərəcək hər hansı sübut təqdim edilməmiş, cavabdeh isə müvafiq sübutlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPMnin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavadeh Cavabdeh 284 (iki yüz səksən dörd) manat 23 (iyirmi üç) qəpik pul vəsaiti tutulub İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar