Məhkəmə qərarları › İş №e-2(049)-2888/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2888/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2888/2025 18.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesində olan) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli LFFE/003 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 vəCavabdeh1 244,48 (iki yüz qırx dörd manat 48 qəpik) manat əsas borc, 12,38 (on iki manat 38 qəpik) faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə 9,36 (doqquz manat 36 qəpik) manat faiz borcu ümumilikdə 266,22 (iki yüz altmış altı manat 22 qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilən çıxarışdan görünür ki, cavabdehlərdən Cavabdeh1 28 fevral 2024-cü il tarixdə, Cavabdeh2 isə 22 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7 maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə icaata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesində olan) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar