Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2899/2025 08.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı müqavilənin ləğv olunması, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 yetkinlik yaşına çatmayan X7, X10 və X11 ilə birlikdə İddiaçı QSC-nin mülkiyyətində olan Lənkəran rayonu Mamusta kəndində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmçinin qeyd olunan ünvanda Cavabdeh4 tərəfindən inşa edilmiş özbaşına tikilidən orada faktiki olaraq yaşayan cavabdehlərin çıxarılması, həmin özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, iddia qaldırılması üçün tərəfimizdən ödənilmiş 100 manat rüsumun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-4081/2016 saylı qətnaməsinə əsasən iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönədilməsi barədə iddiası qismən təmin edilmişdir. Lakin işə baxan məhkəmə əmlakın boşaldılması hissəsində iddianın təmin etməmiş, bu hüququn əmlakın yeni mülkiyyətçisinə məxsus olduğu qeyd edilmişdir. Qətnamə qanuni qüvvəsialdıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür. Lənkəra rayonu Mamusta kəndində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hazırda İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmışdır. Hazırda borclular banka məxsus olan fərdi yaşayış evində qanunsuz olaraq yaşayırlar. Həmçinin həmin ünvanda, banka məxsus torpaq sahəsi üzərində borclunun qardaşı Cavabdeh4 tərəfindən qeyri qanuni olaraq başqa tikili, digər bir fərdi yaşayış evi inşa edilmişdir. Hazırda "xxxx" QSC-nin mülkiyyətində olan torpaq sahəsində bankın razılığı olmadan aparılan tikili qanunvericiliyin tələbinə görə özbaşına tikili hesab olunur. Cavabdehlərin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak hesab olunur və ipoteka predmetinə tutma yönəldikdə əmlak tələbkara təhvil verilməlidir. Mülki qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan əmlakın 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədəcavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-4081/2016 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, X1, X4 və X5 müştərək qaydada kredit razılaşması üzrə 24510.96 ABŞ dolları əsas borc, 7283.97 ABŞ dolları faiz borcu və 2400 ABŞ dolları cərimə borcu, cəmi 34194.93 ABŞ dolları kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka premetinə yönədilməsi bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, cuvabdehlər Cavabdeh1, X2, Cavabdeh3, X1, X4 və X5 müştərək qaydada tutulacaq 34194.93 ABŞ dollan məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, X1, X4 və X5 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmalı olan cəmi 34194.93 ABŞ dollan məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı üzrə tutma İddiaçı QSC-nin qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X3 ümumi birgə mülkiyyətində olan Lənkəran ravonu Mamusta kəndində yerləşən 0.27 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 Xüsusi mülkiyyətində olan 1 mərtəbəli 4 otaqlı 67,5 kv.m yaşayış, 60.9 kv.m yardımçı, 128.4 kv.m ümumi sahədən ibarət (Liter C-də 1 mərtəbəli, 35.5 kv.m tikintialtı sahəsi olan həyət tikilisi Liter D-də 1 mərtəbəli, 75.2 kv.m tikintialtı sahəsi olan həyət tikilisi, Liter E-də 1 mərtəbəli, 20.5 kv.m tikintialtı sahəsi olan qaraj, Liter F-də 1 mərtəbəli, 107.3 kv.m tikintialtı sahəsi olan tövlə, Liter K-da 1 mərtəbəli, 42.6 kv.m tikintialtı sahəsi olan həyət tikilisi və Liter 1-də 1 mərtəbəli, 4.7 kv.m tikintialtı sahəsi olan ayaqyolu daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən **********21-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.27 hektar torpaq sahəsi və üzərindəki 128.40 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu barədə rəsmi dövlət reyestri orqanında xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə müvafiq qeydiyyat aparılmışdır. Lənkəran ŞİHB-nın Mamusta kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Accessbank QSC-nin mülkiyyətində olan Lənkəran rayonunun Mamusta kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində atası Cavabdeh3, həyat yoldaşı Cavabdeh2, qızı X7, qızı X10, oğlu X11 və özü Cavabdeh1 sözügedən həyətyanı torpaq sahəsində həmçinin Cavabdeh1 qardaşı Cavabdeh4 məxsus fərdi yaşayış evi vardır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia tələbindən görünür ki, iddiaçı ona məxus əmlakların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasıda mülkiyyət toxulumazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə əmlaka sahib olmaq, əmlakdan istofadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə;
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələblərinin təmin edilməsi nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği də cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Babayev X6 rayonu Mamusta kəndində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın, həmçinin qeyd olunan ünvanda Cavabdeh4 tərəfindən inşa edilmiş özbaşına tikilidən orada faktiki olaraq yaşayan cavabdehlər çıxarılsın, həmin özbaşına tikili cavabdehlərin hesabına sökülsün, ərazi boşaldılaraq əmlakın mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilsin. Məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği cavabdehlərdən birgə qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir..
Hakim: Elvin Ələsgərov