Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-290/2025 03.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 2963.38 manat əsas borc, 112.75 manat faiz borcu, 8.29 manat cərimə və ödənilmiş 51 manat dövlət rüsumu - cəmi 3135.42 manat borcun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi və tutmanın BB 389831 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan, ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay qrafik üzrə əsas borc və faiz borcunu ödəməklə 24 ay ərzində cəmi 12983.99 manat kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2023-cü il tarixli 043/23A nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 15000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən bu müqavilənin müddəaları borclu tərəfindən yerinə yetirmədikdə öhdəliyin icra edilməsi kreditor tərəfindən vaxtından əvvəl tələb edilə bilər. Borclu üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borca görə cərimə ödəməlidir. Cavabdeh tərəfindən borc gecikdirildiyinə görə müqavilənin şərtinə əsasən cərimə hesablanmışdır. Hazırda cavabdehin iddiaçıya 2963.38 manat əsas borc, 112.75 manat faiz borcu, 8.29 manat cərimə - cəmi 27.568,73 manat borcu vardır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmiş, borcun ipoteka predmeti hesabına könüllü ödənilməsi üçün müraciət edilməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 2963.38 manat əsas borc, 112.75 manat faiz borcu, 8.29 manat cərimə və ödənilmiş 51 manat dövlət rüsumu - cəmi 3135.42 manat borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini və tutmanın BB 389831 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən cavabdehə məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobilə yönəldilməsini, avtomobilin hərrac vasitəsilə satılmasını, satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən tələb etdiyi əsas borc, faiz borcu və cərimə məbləğlərinin hansı qaydada hesablandığının müəyyən edilməsi, kredit müqaviləsi üzrə iddiaçıya olan borcun (əsas borc, faiz borcu və cərimə məbləğləri) miqdarının dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2155 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 043/23A nömrəli nömrəli kredit müqaviləsi üzrə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə, yəni xx.xx.2024-cü il tarixədək iddiaçıya olan əsas borcun miqdarı 2967.54 manat, faiz borcunun miqdarı isə 92.32 manat, ekspertiza keçirilən tarixə, yəni xx.xx.2025-ci il tarixədək iddiaçıya olan əsas borcun miqdarı isə 1469.05 manat, faiz borcunun miqdarı isə 96.63 manat təşkil etmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). İş üzrə ekspertiza keçiriləndən sonra təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra da cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda iddiaçının hesabına vəsait ödənilmiş, həmin vəsait ilk növbədə faiz borcunun, daha sonra isə kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı hazırda kredit borcunun məhkəmə-mühasibat ekspertizasının rəyində qeyd edildiyinə uyğun şəkildə təmin edilməsinə etiraz etmir. Eyni zamanda, iddiaçı hazırda da ipoteka predmetinin dəyərinin 15000 manat məbləğində müəyyən edilməsinə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilmiş məhkəmə iclaslarına da heç bir üzürlü səbəb olmadan gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə prosesinin cavabdehin iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli, xx.xx.2023-cü il tarixli 043/23A nömrəli ipoteka müqaviləsi və xx.xx.2023-cü il tarixli qeydiyyat şəhadətnaməsinin surəti, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli bildiriş, həmin bildirişin xx.xx.2024-cü il tarixdə qeydə alınmasına dair müvafiq çıxarış, xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 32 % dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. Cavabdehə hər ay qrafik üzrə əsas borc və faiz borcunu ödəməklə 24 ay ərzində cəmi 12983.99 manat kredit borcunu tam ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Həmin kredit müqaviləsi üzrə ödəliklərin icrasının təminatı kimi xx.xx.2023-cü il tarixli 043/23A nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş avtomobil tərəflərin qarşılıqlı razılığı ilə 15000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun vaxtında ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, həmçinin razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üçün rəsmi müraciət etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, ipoteka ilə yüklü edilmiş avtomobilin mülkiyyətçisi kimi tutmanın ipoteka predmetinə yönəldilməsi xx.xx.2024-cü il tarixli bildiriş əsasında ona təklif edilmiş, əks halda kredit müqaviləsinin təminatı olaraq ipoteka predmeti açıq hərracda satılmaqla əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi barədə cavabdehə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə müvafiq bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanuna əsasən müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİİ Qeydiyyat-İmtahan İdarəsində xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İddia ilə məhkəməyə müraciət edilərkən cavabdehin xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə iddiaçıya maliyyə arayışına əsasən 2963.38 manat əsas borc və 112.75 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə iddiaçı tərəfindən 8.29 manat cərimə hesablanmışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini və tutmanın BB 389831 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən cavabdehə məxsus, buraxılış ili 2009cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobilə yönəldilməsini, avtomobilin hərrac vasitəsilə satılmasını, satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsini tələb edir. Hazırki vəziyyətdə iddiaçı cavabdehdən tutulmalı olan kredit borcunun məhkəmə-mühasibat ekspertizasının rəyində qeyd edildiyinə uyğun şəkildə təmin edilməsinə etiraz etmir. İddiaçı hazırda ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobilin dəyərinin 15000 manat məbləğində müəyyən edilməsinə də razıdır. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və ipoteka müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa maliyyə arayışına və ekspert rəyinə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz, vəsatət və ya digər sənəd təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulmasına dair hissədə qismən təmin edilməli, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissələrdə isə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.1.1 və 6.1.3-cü bəndlərinə əsasən borc verənin müqavilə üzrə ayrılmış krediti və ona hesablanmış faizləri borc alandan müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun ödənilməsini tələb etmək; bu müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq əsas və faiz məbləği vaxtında ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin tam icra edilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra da cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda (sonuncu dəfə xx.xx.2025-ci il tarixdə) iddiaçının hesabına cəmi 1714.00 manat vəsait ödənilmiş, həmin vəsait ilk növbədə faiz borcunun, daha sonra isə kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bu müddət ərzində iddiaçıya vəsait ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim edilməsə də, həmin fakt məhkəmə-mühasibat ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2155 nömrəli rəyinin məzmunu ilə müəyyən edilmişdir. İddiaçının sonuncu məhkəmə iclasında iştirak edən nümayəndəsi də məhkəməyə müraciət edildikdən sonra kredit borcundan ödənişlər edildiyini təsdiq etmiş və hazırda kredit borcunun məhkəməmühasibat ekspertizasının rəyində qeyd edildiyinə uyğun şəkildə təmin edilməsinə iddiaçının etiraz etmədiyini bildirmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı məhkəməyə müraciət edildikdən sonrakı ödənişlərlə bağlı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etməsə də, əsas borcun hazırki qalıq miqdarı nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə əsas borcun tutulmasına dair hissəsi qismən - ekspertiza rəyi ilə xx.xx.2025-ci il tarixə müəyyən edilmiş miqdara uyğun olaraq 1469.05 manat həddində təmin edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.1.6-cı bəndinin məzmununa görə gecikdirilmiş borc və ödənilməmiş faizlər yarandıqda; kredit müqaviləsinin şərtlərinə borc alan tərəfindən riayət olunmadıqda borc verənin kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər hesablanaraq ipoteka predmetinə tutma yönəltməklə müqavilənin vaxtından əvvəl xitam edilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 112.75 manat faiz borcu tələb etdiyini qeyd etsə də, məhkəmə-mühasibat ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2155 nömrəli rəyi ilə ən son ödəniş tarixinə faiz borcunun miqdarı 96.63 manat, yəni tələbdə qeyd edildiyinə nisbətən az miqdarda müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini əsas götürərək və iddiaçının hazırda kredit borcunun məhkəmə-mühasibat ekspertizasının rəyində qeyd edildiyinə uyğun şəkildə təmin edilməsinə etiraz etmədiyini də nəzərə alaraq qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 112.75 manat faiz borcunun tutulmasına dair hissəsi də qismən - ekspertiza rəyi ilə xx.xx.2025-ci il tarixə müəyyən edilmiş miqdara uyğun olaraq 96.63 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulunun ödənilməsini tələb edə bilər. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 8.29 manat cərimə tələb etdiyini qeyd etsə də, məhkəmə-mühasibat ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2155 nömrəli rəyi ilə həmin kredit müqaviləsi üzrə cərimə məbləği (ekspert qarşısında sual qoyulmasına baxmayaraq) müəyyən edilməmişdir. İddiaçı hazırda kredit borcunun məhkəmə-mühasibat ekspertizasının rəyində qeyd edildiyinə uyğun şəkildə təmin edilməsinə etiraz etmədiyinə, tələb olunan cərimə məbləği də əhəmiyyətli miqdarda olmadığına görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 8.29 manat faiz borcunun tutulmasına dair hissəsi üzrə əlavə məhkəmə araşdırması aparılması zərurəti yoxdur və iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumunun 35.65 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu məbləğinin 15.35 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin faktiki hallarına görə və ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatdan ibarət hissəsinin iddiaçıdan, 25 manatdan ibarət hissəsinin isə cavabdehdən tutulmasını qanuni, əsaslı və ədalətli hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə əsas öhdəliyin və yaxud onun bir hissəsinin icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan tələblərin ödənilməsi üçün tutmanı ipoteka ilə yüklü edilmiş əmlaka (ipoteka predmetinə) yönəldir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir; müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; poteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qanunla müəyyən edilən qaydalara əməl etdiyindən iddia tələbinin tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsinə dair hissələri də təmin edilməlidir. Satışdan əldə olunacaq məbləğ borcun miqdarından artıq olarsa, artıq məbləğ cavabdehə qaytarılmalıdır. Məhkəmə ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobilin ilkin satış qiymətinin ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə qeyd edilmiş və tərəflərin hazırda da mübahisələndirmədikləri məbləğə uyğun olaraq - 15000 manat miqdarında müəyyən edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 043/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 1469.05 manat əsas borc, 96.63 manat faiz borcu və ödənilmiş 51 manat dövlət rüsumunun 35.65 manatdan ibarət hissəsi - cəmi 1601.33 manat Cavabdeh tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Tutma BB 389831 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus, buraxılış ili 2009-cu il, “Hyundai TG minik” markalı ** SE *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KMHFC41BBAA499733, mühərrik nömrəsi G6EA9A440771 olan avtomobilə yönəldilsin. Həmin avtomobil hərrac vasitəsilə satılsın, avtomobilin satışdan əldə edilən məbləğ borcun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 15000 manat müəyyən olunsun. Satışdan əldə olunacaq məbləğ borcun miqdarından artıq olarsa, artıq məbləğ Cavabdeh qaytarılsın. Məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu məbləğinin 15.35 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərcinin 25 manatdan ibarət hissəsi iddiaçı "xxxx" ASC-dən, 25 manatdan ibarət hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-290/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-290/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver