Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2923/2024 15.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçı Azərbaycan Mikro Kredit BOKT” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Mikro Kredit BOKT” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borc» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlnudan əsas borc üzrə 7548.65 manat əsas, 310.76 manat faiz, 45.56 manat hesablanmış cərimə borcu olmaqla cəmi 7.904,97 manat borcun və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulub ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 arasında bağlanmış LN0013488-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 60 ay müddətinə, illik 48% ödəmək şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, cavabdehlər Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli, ZM2-LN0013488-2023 saylı və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli ZM1-LN0013488-2023 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 kreditor təşkilat qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, cavabdeh müqavilə üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə rəsmi müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq,cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavabdehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində "xxxx" ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin 7548.65 manat əsas, 310.76 manat faiz, 45.56 manat hesablanmış cərimə borcu olmaqla cəmi 7.904,97 manat kredit borcu yaranmışdır Məhkəmə iclasında iddiaçı Azərbaycan Mikro Kredit BOKT” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Mikro Kredit BOKT” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli LN0013488-2023 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 ay müddətinə, illik 48% olmaqla 8500 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə bağlanmış xx.xx.2023-cü il tarixli, ZM2-LN0013488-2023 saylı və Cavabdeh1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli ZM1-LN0013488-2023 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 kreditor təşkilatı qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinlərə götürmüşlər. Maliyyə arayışıdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2024-cü il tarixə ödənilməmiş 7548.65 manat əsas borcu, 310.76 manat faiz borcu, 45.56 manat cərimə borcu, ümumillikdə 7904,97 manat borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Mikro Kredit BOKT” ASC ının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Mikro Kredit BOKT” ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində kredit verilməsi haqqında LN0013488-2023 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Azərbaycan Mikro Kredit BOKT” ASC tərəfindən Cavabdeh2 illik 48% faiz ödənilməsi şərti ilə, 60 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri əsasında Azərbaycan Mikro Kredit BOKT” ASC qarşısında öhdəliklərinin yerinə yetirilmələrinə görə cavabdehlik daşımaq öhdəliklərini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MPM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. MM-nin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 ilə iddiaçı "xxxx" ASC qarşısında birgə eyni həcmdə məsuliyyət daşıyırlar. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən, həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia tələbi təmin edilməli və 7548.65 manat əsas borc, 310.76 manat faiz borcu, 45.56 manat cərimə borcu, ümumillikdə 7.904,97 manat borc və dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada LN0013488-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə dair əsas borc üzrə 7.548,65 manat, 310,76 manat faiz borcu və 45.56 manat cərimə borcu olmaqla, ümumillikdə 7.904,97 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC- nın xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2923/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2923/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver