Məhkəmə qərarları › İş №e-2(049)-294/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-294/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-294/2023 10.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə GTKR4642629A299 saylı Kredit müqaviləsinə əsasən 6.829,47 manat əsas, 971,18 manat faiz; BBLK4642630A299 saylı Kredit müqaviləsinə əsasən isə 950 manat əsas 202,54 manat faiz borcunun və 109.53 manat dövlət rüsumu tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 26, məbləği 7000 manat olan kredit vəsaiti, xx.xx.2022-cı il tarixli BBLK4642630A299 saylı Kredit müqaviləsinə əsasən isə onun kartına illik faiz dərəcəsi 25 və məbləği 950 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kreditlər nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə GTKR4642629A299 saylı Kredit müqaviləsinə əsasən 6.829,47 manat əsas; 971,18 manat faiz; BBLK4642630A299 saylı Kredit müqaviləsinə əsasən isə 950 manat əsas; 202,54 manat faiz; borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 26% dərəcəsi tətbiq edilməklə 60 ay ərzində qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-cı il tarixli BBLK4642630A299 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 26% dərəcəsi tətbiq edilməklə 48 ay ərzində qaytarmaq şərti ilə 950 manat məbləğində kredit verilmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 7000 manat məbləğində nəğd pul götürmüşdür. Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2022-cı il tarixli BBLK4642630A299 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-dən 950 manat məbləğində nəğd pul götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh iddia verilən tarixə xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı kredit müqaviləsinə əsasən 6829.47 manat əsas, 971.18 manat faiz, cəmi 7800.65 manat məbləğində borcun, xx.xx.2022-cı il tarixli BBLK4642630A299 saylı kredit xətti müqaviləsinə əsasən 950 manat əsas, 202.54 manat faiz, cəmi 1152.54 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 109.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 26, məbləği 7000 AZN olan kredit vəsaiti, xx.xx.2022-cı il tarixli BBLK4642630A299 saylı Kredit müqaviləsinə əsasən isə onun kartına illik faiz dərəcəsi 25 və məbləği 950 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kreditlər nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmışöhdəliklər lazımınca icra edilmədiyindən iddia tələbi təmin edilməli və Cavabdeh xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı kredit müqaviləsinə əsasən 6.829,47 manat əsas, 971,18 manat faiz olmaqla, cəmi 7.800,65 manat və xx.xx.2022-ci il tarixli BBLK4642630A299 saylı kredit xətti müqaviləsinə əsasən 950 manat əsas, 202.54 manat faiz olmaqla, cəmi 1.152,54 manat məbləğində borcu və dövlət rüsumuna görə 109,53 manat tutularaq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-cı il tarixli GTKR4642629A299 saylı kredit müqaviləsinə əsasən 6.829,47 manat əsas, 971,18 manat faiz olmaqla, cəmi 7.800,65 manat və xx.xx.2022-cı il tarixli BBLK4642630A299 saylı kredit xətti müqaviləsinə əsasən 950 manat əsas, 202.54 manat faiz olmaqla, cəmi 1.152,54 manat məbləğində borc və 109,53 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar