Məhkəmə qərarları › İş №e-2(049)-2946/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2946/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2946/2023 11.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonrakı mətndə ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2017-ci il tarixli NK-21-177243/008991 nömrəli kredit müqaviləsi üzrə cəmi 9403.85 (doqquz min dörd yüz üç dollar 85 sent) ABŞ dolları məbləğində borcun-bundan 6796.89 (altı min yeddi yüz doxsan altı dollar 89 sent) ABŞ dollarıəsas, 2326.84 (iki min üç yüz iyirmi altı dollar 84 sent) ABŞ dollarıfaiz borcunun və 280.12 (iki yüz səksən dollar 12 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%lə hesablanmışfaiz borcunun və iş üzrə ödənilmiş 137.96 (yüz otuz yeddi manat 96 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında 08 sentyabr 2017-ci il tarixli NK-21-177243/008991 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 60 (altmış) ay müddətinə, illik 8 (səkkiz) faiz dərəcəsi ilə 7550 (yeddi min beş yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1ilə bank arasında 08 sentyabr 2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 1.1-ci və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 10 iyul 2023-cü il tarixli **********187 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 08 sentyabr 2017-ci il tarixli NK-21-177243/008991 nömrəli kredit müqaviləsi üzrə 04 iyul 2023-cü il tarixə banka ödənilməmiş cəmi 9403.85 (doqquz min dörd yüz üç dollar 85 sent) ABŞ dolları məbləğində borcu vardır. Bundan 6796.89 (altı min yeddi yüz doxsan altı dollar 89 sent) ABŞ dolları əsas, 2326.84 (iki min üç yüz iyirmi altı dollar 84 sent) ABŞ dolları faiz borcu və280.12 (iki yüz səksən dollar 12 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, krediti alarkən onun ABŞ dolları ilə rəsmiləşdirildiyini bilməmişdir. Pul ona bankdan manatla verilmişdir. Krediti ticarət fəaliyyəti ilə əlaqadar bankdan götürmüşdür və Ukraynadan yanmış kərpic almağı planlaşdırmışdır. Bu məqsədlə həmin vəsaiti Ukraynada yerləşən kərpic zavoduna avans olaraq ödəmişdir, orada gedən müharibə nəticəsində həmin zavod partladılmışdır və malı ala bilməmişdir. Baş vermiş bu fors-major hadisə nəticəsində banka olan borcunu ödəyə bilməmişdir. Müqavilə şərtlərinə əsasən o, həmin vəsaiti ödəməkdən azad edilməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2017-ci il tarixli 21-177243/008991 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 7550 ABŞ dolları məbləğində kredit verilmişdir. 08 sentyabr 2017-ci il tarixli NK-21-177243/008991/1 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər X1 və Cavabdeh2 08 sentyabr 2017-ci il tarixli 21-177243/008991 nömrəli kredit müqaviləsinə əsasən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 08 sentyabr 2017-ci il tarixli 21-177243/008991 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Banka cəmi 9403.85 (doqquz min dörd yüz üç dollar 85 sent) ABŞ dolları məbləğində borcu vardır. Bundan 6796.89 (altı min yeddi yüz doxsan altı dollar 89 sent) ABŞ dolları əsas, 2326.84 (iki min üç yüz iyirmi altı dollar 84 sent) ABŞ dolları faiz borcu və280.12 (iki yüz səksən dollar 12 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu vardır. xx.xx.2023-cw il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 3 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 137,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Cavabdehlər X1 və Cavabdeh2 həmin kredit müqaviləsinə əsasən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit müqaviləsi üzrə cəmi 9403.85 (doqquz min dörd yüz üç dollar 85 sent) ABŞ dolları məbləğində borcun-bundan 6796.89 (altı min yeddi yüz doxsan altı dollar 89 sent) ABŞ dollarıəsas, 2326.84 (iki min üç yüz iyirmi altı dollar 84 sent) ABŞ dollarıfaiz borcunun və 280.12 (iki yüz səksən dollar 12 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%lə hesablanmışfaiz borcunun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə cəmi 9403.85 (doqquz min dörd yüz üç dollar 85 sent) ABŞ dolları məbləğində borcun-bundan 6796.89 (altı min yeddi yüz doxsan altı dollar 89 sent) ABŞ dollarıəsas, 2326.84 (iki min üç yüz iyirmi altı dollar 84 sent) ABŞ dollarıfaiz borcunun və 280.12 (iki yüz səksən dollar 12 sent) ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmışfaiz borcu tutulmalıdır. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,96 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 08 sentyabr 2017-ci il tarixli NK-21-177243/008991 nömrəli kredit müqaviləsi üzrə cəmi 9403.85 (doqquz min dörd yüz üç dollar 85 sent) ABŞ dolları məbləğində borc olmaqla - bundan 6796.89 (altı min yeddi yüz doxsan altı dollar 89 sent) ABŞ dolları əsas, 2326.84 (iki min üç yüz iyirmi altı dollar 84 sent) ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcuna dair 280.12 (iki yüz səksən dollar 12 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137.96 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar