Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3001/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 848,3AZN əsas, 192,5AZN faiz, 0,56 AZN cərimə, cəmi 1041,36 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.82 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilən çıxarışdan görünür ki, Cavabdeh 12 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7 maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə icaata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3001/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3001/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver