Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3012/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3inun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı mənəzi zərərin əvəzi olaraq 50 manat pul tələbinə dair iddiası üzrə mülki işə 06 dekabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1270 manat, Cavabdeh2 isə 50 manat tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-3012/2023 saylı qərardadı ilə mülki işin icraatına iddiaçının Cavabdeh1 2125 manat alınıb ona verilməsi tələbi hissədə xitam verilmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 2020-ci ilin sonlarında məhkəməyə müraciət edərək Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona bağışlanmasına dair daşınmaz əmlakın bağışlanma müqaviləsinin, həmin əmlakın onun adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Çıxarışın, onun tərəfindən həmin əmlakın qızı X1 bağışlanmasına dair bağışlanması müqaviləsinin, eləcə də həmin əmlakla əlaqədar Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Çıxarışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Rayon Məhkəməsi tərəfindən ilkin iddiaya münasibət bildirilməklə iddia təmin olunsa da, onun qarşılıqlı iddiasına hər hansı münasibət bildirilməmiş, o, işin sonrakı məhkəmə mərhələləsində də bu xüsusatı mübahisələndirsə də, məhkəmə qarşılıqlı iddia ilə bağlı hər hansı prosessual hərəkətlər etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Fərdi yaşayış evinin ipotekadan azad edilməsi üçün ödənilmiş 10.000 manat pul tələb olunmasına baxmayaraq qaytarılmamışdır, yuxarıda qeyd edilən prosesin nəticəsi olaraq tərəflər əvvəlki vəziyyətə qaytarılmalı idi. Hüseynbala və Cavabdeh1lar əvvəlki vəziyyətə qayıtsalar da, yəni ev onlara qayıtsa da, o, əvvəlki vəziyyətə qaytarılmamışdır. Cavabdehlər həmin pulu qaytarmadıqları üçün o, həmin vəsaitin qaytarılması və digər tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2-2(121)- 1522/2022 saylı qətnaməsi ilə Cavabdeh1 10.000 manat alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İşin yuxarıda qeyd edilən hallarına əsasən Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)- 361/2021 saylı qətnaməsi çıxarıldıqdan sonra həmin məbləğ Cavabdeh1 tərəfindən ona qaytarılmalı idi, lakin qaytarılmamışdır. Məlum olduğu kimi respublikada iki rəqəmi inflyasiya mövcuddur. Onun 2020-ci ildə verdiyi 10.000 manat pul artıq eyni alıcılıq qabiliyyətinə malik deyil. Bu baxımdan hesab edir ki, həmin məbləğ üzrə ona vurulmuş ziyan cavabdehdən tutulmalıdır. Statistika Komitəsinə bununla bağlı müraciət etmiş, həmin müraciətə cavab verilmiş və göstərilmişdir ki, 2020-ci iln 2022-ci ilə infliyasiya 127 faiz təşkil etmişdir. Bu baxımdan hesab edir ki, 10.000 manatın alıcılıq qabiliyyətini itirmiş 127 faizi, yəni 12700 manat Cavabdeh1 tutulmalıdır. Digər Cavabdeh2 valideyn kimi bir övladına münasibətdə qayğıkeşlik göstərib onun mənafelərini üstün tutaraq böyüklük etməmiş, onu aldadılmağını şəxsən təşkil edib onu ziyana salmışdır. Onun bu hərəkətləi nəticəsində o, mənəvi ziyana məruz qalmışdır. Ancaq Cavabdeh2 hazırda pensiyaçı olmaqla digər oğlundan maddi baxımından asılıdır. Bu baxımdan onun maddi vəziyyətini, yaşlı olmasını, övladına möhtac olmasını nəzərə alaraq 50 manat mənəvi ziyanın ondan xeyrinə tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmədə iddaçı İddiaçı iddia tələbini müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh2 mənəvi zərərəin əvəzi olaraq 50 manat alınıb ona verilməsi tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddiaçının 50 manat mənəvi zərərin əvəzinin tələbi hissəsinə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-ci maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini, xəstəxanada müalicə almasını, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim etməmiş, o, iddia ərizəsində qeyd etdiyi dəlillərini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə görə 50 manat hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh2 qarşı mənəzi zərərin əvəzi olaraq 50 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi təqdim edildiyi andan bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(049)-3012/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3012/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver