Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3014/2022 20.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli EE000029952 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 8000 AZN, faiz borcu üzrə 551.80 AZN olmaqla, cəmi 8551.8 AZN tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 105.52 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək iddia tələbini artıraraq cavabdeh X1 8000 manat əsas, 1072.89 manat faiz, cəmi 9072.89 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 105.52 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL- EE000029952saylı kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) illik 36 ay müddətinə illik 17.9 faiz dərəcəsi ilə 8000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli CL- EE000029952 saylıKredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 8000 AZN, faiz borcu üzrə 551.80 AZN olmaqla, cəmi 8551.8 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 105.52 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixində 22-9124/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini və cavabdeh X1 8000 manat əsas, 1072.89 manat faiz, cəmi 9072.89 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 105.52 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər veriıməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsininə görə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavavdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, EE000029962 kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı təşkilat tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 17,9 % ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kereditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli, qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 105,52 dövlət rüsumu manat və 0,4 manat xidmət haqqı ümumilikdə 105,92 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Beynəlxalq bankı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci xəbərdarlıq bildirişindən görünür ki, ona kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 8000 manat kredit pulun faizi ilə birlikdə verilməsi məqsədi ilə müqavilə bağlamışdır. Qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi tam icra etməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000029962 saylı kredit müqaviləsinə əsasən 8000 manat məbləğində əsas borc, 551,8 manat məbləğində faiz borcu, ümumilikdə cəmi 8551,8 manat məbləğində borc, 105,52 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 bank xidmət haqqı tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-3014/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3014/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver