Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3018/2023 02.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında 02 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC kiçik mabahisələr üzrə iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1240.78 manat əsas, 1.93 manat faiz olmaqla cəmi 1242.71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 32.83 manat "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddiaya qarşı etiraz ərizəsi təqdim edərək borc tələbinə dair mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3018/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilərək məhkəmənin hazırlıq iclası 25 sentyabr 2023-cü il tarixinə təyin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X1 Nəcəfəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 280rstLKN/19 saylı Güzəştli Kredit və X2 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1245,78 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. X1 Nəcəfəli oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Lənkəran rayon 1 saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhumun vərəsələri olduqları müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Sadalanları nəzərə alaraq cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1240,78AZN əsas, 1,93AZN faiz, cəmi 1242,71 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 32.83 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasında Cavabdeh1 ərizə verərək "xxxx" ASC-nin ona və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə iddiasını qəbul etdiyini və həmin məbləği banka hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında izahat verərək hazırda Tütəpeştə kəndində yaşadığını və Dost MMC-də xadimə işlədiyi, əmisi Nəhmətov Sədrəddin Nəcəfəli oğlunun kredit borcunun qalması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş sübutlar: "xxxx" KB ASC ilə X1 Nəcəfəli oğlu arasında bağlanmış bağlanmış xx.xx.2019-cu il tarixli 280rstLKN/19 saylı Güzəştli Kredit və X2 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1245,78 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Maliyyə arayışından görünür ki, X1 Nəcəfəli oğlunun xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 280rstLKN/19 saylı kredit müqaviləsinə əsasən 1240.78 manat əsas, 1.93 manat faiz, cəmi 1242.71 manat borcu vardır. xx.xx.2023-cü il tarixli bildirşdən görünür ki, borclu Nəhmətov Sədrəddin Nəcəfəli oğluna mübahisənin məhkəmədənkənar həlli üçün məlumat verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu Nəhmətov Sədrəddin Nəcəfəli oğlu xx.xx.2019-cu i tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və Cavabdeh2, vəfat etmiş Nəhmətov Sədrəddin Nəcəfəli oğlunun vərəsələridirlər. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32.83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı "xxxx" KB ASC ilə borclu Nəhmətov Sədrəddin Nəcəfəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 280rstLKN/19 saylı Güzəştli Kredit və X2 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1245,78 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, xx.xx.2019-cu il tarixdə vəfat etməsi səbəbi ilə bu öhdəlik yerinə yetirilməmiş və banka olan borc qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr, borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr qarşı irəli sürülə bilər. Vərəsələrin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 vəfat etmiş Nəhmətov Sədrəddin Nəcəfəli oğlunun vərəsələri olduğu üçün məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019cu il tarixli 280rstLKN/19 saylı Güzəştli Kredit və X2 əsasən 1240.78 manat əsas, 1.93 manat faiz, olmaqla ümumilikdə 1242.71 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 32.83 manat dövlət rüsum cavabdehlərə aid edilməli və onlar tutularaq iddiaçıya verilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 280rstLKN/19 saylı Güzəştli Kredit və X2 əsasən 1240.78 manat əsas, 1.93 manat faiz, olmaqla ümumilikdə 1242.71 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçının dövlət rusumu olaraq ödədiyi 32.83 manat cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-3018/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3018/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver