Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-306/2023 01.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması nəticəsində 197.10 manat məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keşirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbini irəli sürmüşdür. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Qeyd edir ki, Binəqədi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC iləmüqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “xidmətlərin göstərilməsi” barədə xx.xx.2008-ci il tarixdə 5 illlik müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 102 saylı MİKS tərəfindən verilən xx.xx.2012-ci il tarixli, 1434 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 160, mənzil 35-in sahibi qanunsuz qoşulma barədə aktlar tərtib edilən zamanı cavabdeh olmuşdur. Tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış Cavabdeh (cavabdeh) ilə iləİddiaçı MMC arasındaxx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2011-ci il tarixinədək son ödəməsini etmiş və həmin ünvan xx.xx.2011-ci il tarixdə 11.40 mamat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2012-ci ildə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0811 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Aktda qeyd edilənlərdən müəyyən olur ki, özünü Kazımzadə Mahir kimi təqdim edən mənzil sakini iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğunu etiraf etmiş və akta imza atmaqla aktın surətini qəbul etmişdir. Akt cavabdeh tərəfindən hər hansı müstəvidə mübahisələndirilməmişdir. Daha sonra ikinci dəfə xx.xx.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 0399 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sonradan üçüncü dəfə xx.xx.2013-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 1794 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Aktda qeyd edilənlərdən müəyyən olur ki, Cavabdeh iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğunu təsdiq etmiş və akta imza atmaqla aktın surətini qəbul etmişdir. Akt cavabdeh tərəfindən hər hansı müstəvidə mübahisələndirilməmişdir. Sonradan yəni dördüncü dəfə xx.xx.2013-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zamansözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 2800 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Akt tərtib edildikdən sonra mınzildə heç kəs olmadığından tərtib edilmiş akt mənzilin qapısına qoyulmuşdur. Daha sonra yəni beşinci dəfə xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zamansözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 0815 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş akt üzrə iddia müddətinin ötməsi səbəbindən qeyd edilən akt üzrə cavabdehdən hər hansı tələbimiz yoxdur. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirik ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qanunsuz qoşulma barədə xx.xx.2012-ci ildə tərtib edilmiş birinci aktdan xx.xx.2014-cü ildə tərtib edilmiş beşinci akta qədər ötən zaman zərfi 657 gün təşkil edir. Bu da həmin dövr üçün hər günə 30 qəpik madddi ziyan hesablanmaqla 197.10 manat təşkil edir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş məkrub Kazımov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi dəymiş zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tamödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” qanununun 35-ci maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tamhəcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir”. Yuxarıda qeyd edilən normaların mahiyyətindən göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olamaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması nəticəsində 197.10 manat məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keşirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə Lənkəran rayonunda doğulmuş Kazımov X1 şəhəri, Şeyx Zahid küçəsi, ev 31 A ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 01 may 2012-ci il tarixli, 1434 saylı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 102 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən "xxxx" Hüquq firmasına verilən arayışının surətindən görünür ki, 1962-ci il təvəllüdlü Kazımov X2 prospekti, 160 saylı evin 35 saylı mənzilinin sahibidir, pasport qeydiyyatındadır və orada yaşayır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş "xxxx" hüquq şirkəti tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 28 mart 2013-cü il tarixli 1794 KA saylı aktın surətindən görünür ki, 28 mart 2013-cü il tarixdə Binəqədi rayonu, Azadlıq 160 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 35 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, mənzildə olan Cavabdeh kimi özünü təqdim edən şəxs “KATV1”-ə bağlandığını etiraf edib bu barədə tərtib olunmuş akta imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş "xxxx" hüquq şirkəti tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında12 aprel 2012-ci il tarixli 0811 K saylı aktın surətindən görünür ki, 12 aprel 2012-ci il tarixdə Binəqədi rayonu, Azadlıq 160 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 35 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, mənzildə olan Dadaş Kazımzadə kimi özünü təqdim edən şəxs mənzil sakini olduğunu, qanunsuz olaraq “KATV1” şəbəkəsinə qoşulduğunu etiraf edib bu barədə tərtib olunmuş akta imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş "xxxx" hüquq şirkəti tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 14 noyabr 2012-ci il tarixli 0399 KA saylı aktın surətindən görünür ki, 14 noyabr 2012-ci il tarixdə Binəqədi rayonu, Azadlıq 160 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 35 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bu barədə muvafiq akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş "xxxx" hüquq şirkəti tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 07 oktyabr 2013-cü il tarixli 2800 K saylı aktın surətindən görünür ki, 07 oktyabr 2013-cü il tarixdə Binəqədi rayonu, Azadlıq 160 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 35 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bu barədə muvafiq akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş "xxxx" hüquq şirkəti tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 29 yanvar 2014-cü il tarixli 0815 L saylı aktın surətindən görünür ki, 29 yanvar 2014-cü il tarixdə Binəqədi rayonu, Azadlıq 160 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 35 saylı mənzilinin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bu barədə muvafiq akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş İddiaçı MMC tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixindən bu ünvan KATV1 kabel televiziyası şəbəkəsinə qoşulub. xx.xx.2011-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2011-ci il tarixində 11 manat 40 qəpik borcu ilə şəbəkədn ayrılıb. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 04 noyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən ADALAT-A LLC-yə 100 manat pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 04 noyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması nəticəsində iddiaçıya 197.10 manat məbləğində ziyan vurmuş, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keşirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 100 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə muvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuş və iddiaçıya iddiaçıya 197.10 manat məbləğində ziyan vurmuşdur.Cavabdeh vurulmuş zərərə görə 197.10 manat məbləğində pulun, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keşirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tamödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2. bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” qanununun 35-ci maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tamhəcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir”. Yuxarıda qeyd edilən normaların mahiyyətindən göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olamaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh vurmuş olduğu ziyana görə 197.10 manat pulun və hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun ümumilikdə 297.10 manat pul tutularaq «AG Telekom” MMC-yə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 297.10 manat məbləğində pul və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «AG Telekom” MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Lənkəran Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-306/2023
Lənkəran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(049)-306/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver