Məhkəmə qərarları › İş №e-2(049)-3082/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3082/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3082/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kedit borcun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı ASC-i Cavabdeh1 və Cavabdeh2 qarşı kedit borcun qaytarılması tələbinə dair iddia dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən, eləcə də məhkəmə elektron portalından müəyyən olunur ki, cavabdehlər ünvan 1 ünvanında rəsmi qeydiyyatdadırlar. Buna görə də iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı ASC-nin məhkəməyə daxil olmuş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalı olmadığından, iddiaya baxılması Sumqayıt Şəhər Məhkəməsinin ərazisinə aid olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı ASC-nə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. İddiaçı ASC-ə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişlər. Ərizə qaytarıldığına görə İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 152-ci, 263- 264cü, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kedit borcun qaytarılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar