Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3092/2023 17.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 999.65 (doqquz yüz doxsan doqquz manat, 65 qəpik) manat əsas və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi X6 tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə X3 (bundan sonra – Cavabdeh) arasında 11 iyun 2014-cü il tarixli 1xx/xx/72627/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh (bundan sonra – Zamin)11 iyun 2014-cü il tarixli 1xx/xx/72627/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 999.65 (doqquz yüz doxsan doqquz manat, 65 qəpik) manat məbləğində əsas borc, ümumilikdə 999.65 (doqquz yüz doxsan doqquz manat, 65 qəpik) manat məbləğində borcu qalmışdır. Bank tərəfindən Lənkəran rayon Məhkəməsinə iddia göndərilərək 999.65 (doqquz yüz doxsan doqquz manat, 65 qəpik) manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada X3 və Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş məhkəmənin icraatında olarkən məlum olmuşdur ki, X3 xx.xx.2018-ci ildə tarixində vəfat etmişdir. Müvafiq sorğuya göndərilən cavab məktubundan görünür ki, mərhumun adına vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: QSC “Bank Standard” KB ilə X3 arasında 11 iyun 2014-cü il tarixli 1xx/xx/72627/14 saylı müqavilədən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən X2 illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB ilə X3 arasında 11 iyun 2014-cü il tarixli 1xx/xx/72627/14 saylı kredit müqavilə üzrə ilə X1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsinə görə Cavabdeh məsuliyyəti öz üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, xx.xx.2014-cü tarixli 1xx/xx/72627/14 №-li kredit müqaviləsi üzrə 999.65 manat məbləğində əsas borc yaranmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə X3 (bundan sonra – Cavabdeh) arasında 11 iyun 2014-cü il tarixli 1xx/xx/72627/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh (bundan sonra – Zamin)11 iyun 2014-cü il tarixli 1xx/xx/72627/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. İddia tələbindən görünür ki, X3 öldüyündən iddiaçı Göyçək Hüseynovaya olan tələbini zamin durmuş şəxsdən, yəni Cavabdeh yönəltmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) MMnin 470-ci maddəsinə görə; 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472-ci maddəsində qeyd olunmuşdur ki; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 501-ci maddəsinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Qeyd olunan hüquq normalarının məzmunundan müəyyən olunur ki, Cavabdeh iddiaçı ilə bağladığı zaminlik müqaviləsinə əsasən X3 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyə daşıyır və iddiaçı istənilən borcludan öhdəliyin icrasını tələb edə bilər. MM-nin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə iddiaçı ilə bağlı qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2017-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh qarşı iddia irəli sürməmişdir. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Odur ki, MM-nin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, 11 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün Cavabdeh yönldilmiş iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-3092/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3092/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver