Məhkəmə qərarları › İş №e-2(049)-3100/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3100/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3100/2024 26.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 47.52 manat məbləğində abunə haqqı qismində vurulmuş maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat və 30.40 manat dövlət rüsumunun, cəmi 177.92 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2024-cü il tarixdə almış, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq teleradio yayımı üçün lisenziya almışdır. Həmin əsasla İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin müqavilə bağlamadan şirkətin kabel şəbəkəsinə qanunsuz qoşulmaların qarşısının alınması halları üzrə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında müqavilə imzalanmışdır. Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 16 nömrəli evin 62 nömrəli mənzilində yaşamış Zöhrə Məmmədova ilə İddiaçı arasında bağlanmış müqavilə əsasında həmin ünvan xx.xx.2015-ci il tarixdə “KATV1” şəbəkəsinə qoşulmuş, xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödəniş edilmiş və xx.xx.2016-cı il tarixdə 19.60 manat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2017ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1» kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6335 nömrəli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Bu səbəbdən qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. "xxxx" MMC-nin arayışına əsasən Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 16 nömrəli evin 62 nömrəli mənzilinin Cavabdeh məxsus olduğu müəyyən edilmişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015ci il tarixdən isə 10 manat olmuşdur. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci il tarixə qədər olan müddət 144 gün təşkil edir. Bununla da həmin dövrdə hər gün üçün 0,33 manat maddi ziyan hesablanması şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş maddi zərər 47,52 manat təşkil edir. Bundan əlavə, İddiaçı MMC hüquqi xidmətlərin göstərilməsinə dair "xxxx" hüquq firması ilə bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün həmin firmaya 100 manat xidmət haqqı, hazırki tələblə məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilsə də, bu günədək maddi zərər cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri ünvan 1 ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Qeyd olunan mənzilin hazırki iş üzrə cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Mənzildə əvvəllər yaşamış şəxslə olan razılaşmanın bitdiyi, yəni mənzilin şəbəkədən ayrıldığı xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci il tarixə qədər olan 144 gün müddət ərzində kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş maddi zərər 47,52 manat təşkil edir. Bundan əlavə, İddiaçı MMC hüquqi xidmətlərin göstərilməsinə dair "xxxx" hüquq firması ilə bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün həmin firmaya 100 manat xidmət haqqı, hazırki tələblə məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilsə də, bu günədək maddi zərər cavabdeh tərəfindən ödənilməmişdir. Hazırda iddiaçı kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində dəymiş 47.52 manat məbləğində maddi zərərin, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat və 30.40 manat dövlət rüsumunun, cəmi 177.92 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə dair hər hansı etiraz bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddəsinə əsasən, hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafızə Qaydaları”nın 6.2 və 6.3-cü maddələrinə əsasən Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş 47.52 manat maddi ziyan məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30.40 manat dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddianın maddi zərərin ödənilməsi tələbinə dair hissəsinin təmin edilməsi və işin konkret halları nəzərə alınmaqla hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində dəymiş maddi ziyan məbləği olaraq 47.52 manat, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 manat, dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat, cəmi 177.92 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar