Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3119/2023 20.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 20 noyabr 2023-cü il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2019-ci il tarixdə "xxxx"ASC-də bağlanmış PAA********** saylı sığorta müqaviləsinə əsasən “X15” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası növü üzrə siğorta təminatı almışdır. Cavabdeh X8 xx.xx.2020ci il tarixində “X15” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X2 vəfat etmişdir. Zərərçəkənin ölümü ilə əlaqədar "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsəsinin baş verməsində təqsirili bilinmişdir. Həmçinin həmin hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X15” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunanlara əsasən iddiaçı sözü gedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı cəmiyyət tərəfindən cavabdehin ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi bu günədək cəmiyyətə geri qaytarılmamışdır. Sadalananları nəzərə alaraq 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Atasığorta ASC-nin xeyrinə ödəınilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb, iddianın tam həcimdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəm iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında iddia ilə razılaşmadığını və təmin olunmamasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2019-ci il tarixli PAA********** saylı sığorta müqaviləsindən görünür ki, "xxxx" ASCdə “X15” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunmuş və avtonəqliyyat vasitəsinin sahibi olan X7 mülki məsuliyyətinin icbari siğortası növü üzrə siğorta təminatı almışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, yol-nəqliyyat hadisəsinin törədildiyi X15” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 olsa da, hadisə baş verdiyi anda avtomobilin sürücüsü Cavabdeh olduğu və onun sürücülük vəsiqəsinin olmadığı qeyd edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün məzmunundan görünür ki, Cavabdeh qeyd olunan avto-nəqliyyat hadisəsinin törədilməsində və nəticədə piyada X1 vəfat etməsində təqsirli bilinmişdir. 25 aprel 2022-ci il tarixli, 22-01848/04/ AA-1415/22 saylı sığorta aktından xx.xx.2022-ci il tarixli 003940 saylı ödəniş tapşırığından görünür ki, sağlamlığa dəymiş zərərlə (ölüm) nəticələnən hadisəyə görə sığortaçı "xxxx" ASC tərəfindən X3 hesabına 5000 manat vəsait köçürülmüşdür. xx.xx.2023-cü il tarixli AS-23/161 saylı məktubdan görünür ki, AtaSığorta ASC subroqasiya hüququndan istifadə etməklə sözügedən zərər üçün ödədiyi 5000 manat söğorta ödənişinin məbləğini Cavabdeh 10 gün müddətində geri ödəməyini tələb etmişdir. “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3 maddəsinə əsasən icbari siğorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında siğortaçının mülki məsuliyyətin icbari siğortası üzrə verdiyi siğorta ödənişi məbləğində siğortalıya və ya müvafiq hallarda siğorta olunana qarşı suborqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1 maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ siğorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən siğorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş siğortaçının itifadə etmək hüququ mövcuddur. Həmin Məcəllənin 936.5-ci maddəsinə istinadən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericilyə əsasən dəyən zərər görə və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz etməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb təmin olunmalı subroqasiya qaydasında 5000 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının ödədiyi 70 manat dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh 70 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair iddiası təmin edilsin. Subroqasiya qaydasında 5000 (beş min) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçının ödədiyi 70 manat dövlət rüsumu cavabdehə aid edilsin və ondan tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №e-2(049)-3119/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3119/2023
20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver