Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3119/2025 07.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, iddiaçı Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 May 2022-ci il tarixli, № 01339-1208-02 nömrəli kredit müqaviləsi üzrə 04 Avqust 2025-ci il tarixə İttifaqa ödənilməmiş cəmi 2644 (iki min altı yüz qırx dörd) manat borcdan, 1609.10 (bir min altı yüz doqquz manat,10 qəpik) manat əsas, 636.04 (altı yüz otuz altı manat 04 qəpik) manat faiz borcu və 398.86 (üç yüz doxsan səkkiz manat 86 qəpik) manat (kredit müqaviləsinin 6.2 bəndinə əsasən cərimə faizi təşkil edir), 46.44 (qırx altı manat 44 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsini sadələşdirilmiş icraat qaydasında verməli olduğu halda səhvən iddia icraatı qaydasında vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim olunmadığından, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyrimüəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 46.44 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 46.44 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılsın. İddiaçı Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 46.44 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3119/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3119/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver