Məhkəmə qərarları › İş №e-2(049)-3126/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3126/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3126/2024 23.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 367.08 manat əsas borc, 2.66 manat faiz borcu - cəmi 369.74 manat borc, 30 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehlərin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehlərə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılaraq həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər bildirişi xx.xx.2024-cü il tarixdə almışlar, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, REST № 012CASA191410013 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 1 il güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 537.08 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 012FİZAM72460601 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019cu il tarixli, REST № 012CASA191410013 saylı Güzəştli kredit müqaviləsi üzrə 367.08 manat əsas borc, 2.66 manat faiz borcu - cəmi 369.74 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq onlar, borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər iddiaçı ilə onlar arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehlərin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 367.08 manat əsas borc, 2.66 manat faiz borcu - cəmi 369.74 manat borcu qalmışdır. İddiaçı cavabdehlərdən birgə qaydada 369.74 manat borc, 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, REST № 012CASA191410013 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 1 il güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 537.08 manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlərlə iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehlərdən birgə qaydada 367.08 manat əsas borc, 2.66 manat faiz borcu - cəmi 369.74 manat borc, 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən gər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən birgə qaydada 367.08 manat əsas borc, 2.66 manat faiz borcu cəmi 369.74 manat borc məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 367.08 manat əsas borc, 2.66 manat faiz borcu, 30 manat dövlət rüsumu cəmi 399.74 manat birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar