Məhkəmə qərarları › İş №e-2(049)-3137/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3137/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3137/2025 07.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı qarşı «pul» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, cavabdeh X1 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Göründüyü kimi cavabdeh şəxs iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən 7 ay əvvəl vəfat etmişdir. MPM-nin 149.2.4-cü maddəsinin tələbinə göreə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəisinə ələvə edilməlidir. MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə iddiaçı məhkəməyə maraciət etmək üçün müvafiq olaraq 33.44 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia işləri üzrə sadələşdirilmiş icraat qaydasında geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 33.84 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar